Vakansiya haqqında
İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 140/33, Azərbaycan
İş qrafiki: 6 gün - 09:00-19:00
Əməkhaqqı: 700–1.200 AZN
Müraciət qaydası: Müraciət etmək istəyən namizədlərin CV-lərini ancaq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
ŞƏKİL VƏ DOĞUM TARİXİ OLMAYAN CV-LER NƏZƏRƏ ALINMAYACAQ!
hr@deluxekamin.com
Hazırlanmış istehsal, quraşdırma və təhvil-təslim planlarının, həmçinin müəyyən edilmiş və elan olunmuş texniki proses ssenarilərinin həyata keçirilməsini, təkmilləşdirilməsini, əlaqələndirilməsini və nəzarətdə saxlanılmasını təmin etmək;
Marketinq və texniki şöbələr tərəfindən aparılan işləri izləmək, şirkətin texniki siyasət və tətbiqlərinin yenilənməsini təmin etmək;
Texniki heyətin təlimi ilə bağlı şirkətin ümumi siyasətinə uyğun tədbirlər həyata keçirmək, zəruri plan və proqramları hazırlamaq, icrasını təmin etmək və nəzarətdə saxlamaq;
Texniki şöbə əməkdaşlarının müəyyən edilmiş hədəflərə çatması üçün zəruri olan bütün iş və prosesləri əlaqələndirilmiş şəkildə həyata keçirmək;
Satışdan əvvəl dizayn və layihələndirmə, istehsal, quraşdırma və təhvil-təslim mərhələlərində, eləcə də təhvil-təslimdən sonrakı proseslərdə müvafiq şöbələrlə koordinasiyalı şəkildə çalışaraq müştəri məmnuniyyətini maksimum səviyyədə təmin etmək;
Texniki fəaliyyət və prosesləri təhlil etmək, rəqib məhsullar haqqında hesabatlar hazırlamaq və bu təhlillər əsasında şirkətin strategiyalarına zəruri dəyişikliklərin edilməsini təmin etmək;
Məhsulların qiymət dinamikası, anbar ehtiyatlarının vəziyyəti, satışa çıxarılacaq məhsulların tədarük və çatdırılma müddətləri ilə bağlı satış, logistika, mühasibatlıq və marketinq şöbələri ilə koordinasiyalı fəaliyyət göstərmək.
İnşaat və Memarlıq fakültələrinin müvafiq ixtisasları üzrə ali təhsilli;
Təhsilini üstünlük olaraq Türkiyədə və ya Avropada almış;
25–35 yaş aralığında olan qadın və ya kişi namizədlər;
Yerli və xarici tikinti və interyer dekorasiyası sahəsində ən azı 5 il iş təcrübəsinə malik;
AutoCAD və 3ds Max proqramlarını yüksək səviyyədə bilən;
Görüş və iclaslar keçirə, hesabatlar hazırlaya biləcək səviyyədə ingilis, rus və türk dillərini bilən;
Analitik düşünmə qabiliyyətinə, güclü vaxtın idarə edilməsi və planlaşdırma bacarıqlarına malik;
Yazılı və şifahi ünsiyyət bacarıqları yüksək səviyyədə olan;
Müştəri məmnuniyyətini əsas prioritet hesab edən namizədlərə üstünlük veriləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
