Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Evolume Group

Anbardar

BakıMənbə: Boss.az

Vakansiya haqqında

Şirkətimiz anbar düzgün təşkili, malların qəbulu, yerləşdirilməsi, saxlanılması və təhvili, ERP sistemində uçotu, müvafiq hesabatların hazırlanması kimi prosesləri dəqiq və məsuliyyətli şəkildə idarə edə biləcək təcrübəli Anbardar axtarır. • İş yeri: Bakı şəhəri; • Rəsmi əmək müqaviləsi • Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır. • Anbardakı rəflər və zonaların təşkili; • Məhsulların model, rəng, ölçü, çəki və artikul üzrə ayrılması və yerləşdirilməsi; • İnventarın və anbar əməliyyatlarının müvafiq ERP proqramında detallı qeydiyyatı; • Mədaxil və məxaric olan malların çeşidlənməsi, sistemə daxil edilməsi və mütəmadi yoxlanılması; • Planlı və növbədənkənar inventarizasiyaların aparılması; • Qaimə, təhvil-təslim aktı və digər anbar sənədlərinin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi; • Anbarda səliqə, təsnifat, yanğın təhlükəsizliyi, təhlükəsizlik texnikası və SƏTƏM qaydalarına riayət; • Anbar qalıqları və mal dövriyyəsi üzrə hesabatların hazırlanması; • Qəbul və sayım zamanı aşkar edilən uyğunsuzluqlar, habelə anbardakı qüsurlu, zədəli məhsulların qeydiyyatı və zəruri hesabatların təqdim edilməsi; • Rəhbərliyin tapşırıqlarının vaxtında icrası. • Ali təhsil və ya orta təhsil • Azərbaycan dili (rus dili arzuolunandır) • Anbar uçotu və elektron proqram təminatı (1C:ERP) ilə işləmək bacarığı; • Anbar və material uçotu sahəsində minimum 3 il iş təcrübəsi; • MS Office (MS Word, MS Excel) proqramlarında işləmək bacarığı; • Diqqətlilik, məsuliyyət və operativlik;

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.