Vakansiya haqqında
Ağ şəhər ərazisində, 8 Noyabr prospekti yaxınlığında yerləşən zavoda ofisdaxili gündəlik təmizlik işlərinin görülməsi üçün xanım təmizlik işçisi tələb olunur.
İş rəsmidir, əmək haqqı 500 AZN təşkil edir.
İş qrafiki 6 günlükdür.
Nahar, iş geyimi və servis xidməti şirkət tərəfindən təmin olunur.
İş yerinin və təyin olunmuş ərazilərin gündəlik təmizliyini həyata keçirmək;
Ofis, sanitar qovşaqlar, dəhlizlər və ümumi istifadə sahələrinin təmizliyini təmin etmək;
Döşəmə, pəncərə, mebel və digər səthlərin təmizlənməsi;
Təmizlik vasitələrindən düzgün və təhlükəsiz istifadə etmək;
Təmizlik zamanı sanitariya və gigiyena qaydalarına riayət etmək;
Tullantıların vaxtında toplanması və müəyyən olunmuş ərazilərə daşınmasını təmin etmək;
Təmizlik ləvazimatlarının səliqəli saxlanılmasına və istifadəsinə nəzarət etmək;
İş yerində təmizliyin və səliqənin daim qorunmasını təmin etmək;
Rəhbərliyin təmizliklə bağlı verdiyi digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
