Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Evol MMC

Qrafik Dizayner-Menecer

BakıMənbə: Boss.az

Vakansiya haqqında

EVOL mağazalar şəbəkəsi komandamıza qoşulmaq üçün yaradıcı düşüncəyə, güclü vizual zövqə və müasir texnologiyalardan istifadə bacarığına malik Qrafik Dizayner-Menecer axtarır. 1. Qrafik dizayn və vizual kontent Şirkətin reklam və marketinq kampaniyaları üçün kreativ dizaynlar hazırlamaq; Sosial media platformaları üçün post, story, banner, reklam və digər vizual materiallar hazırlamaq; Mebel, elektronika və digər məhsulların reklam dizaynlarını yaratmaq; Aksiya, endirim, yeni məhsul və mağaza açılışları üçün reklam materialları hazırlamaq; Çap məhsullarının (poster, flayer, buklet, kataloq, banner və s.) dizaynını hazırlamaq; Məhsul fotolarının redaktəsini, rəng korreksiyasını və vizual təkmilləşdirilməsini həyata keçirmək; Şirkətin vahid korporativ üslubunun qorunmasını təmin etmək. 2. Süni intellekt (AI) texnologiyalarının tətbiqi Süni intellekt vasitəsilə kreativ reklam ideyaları və vizual konseptlər hazırlamaq; AI alətləri ilə məhsul və reklam vizualları yaratmaq; Məhsulların interyer və müxtəlif mühitlərdə realistik təqdimatını hazırlamaq; AI vasitəsilə foto və video kontentlər yaratmaq və redaktə etmək; Reklam kampaniyaları üçün AI əsaslı kreativ materiallar hazırlamaq; Dizayn prosesində süni intellekt texnologiyalarından istifadə etməklə işin sürətini və məhsuldarlığını artırmaq. 3. Dizayn prosesinin idarə edilməsi Dizayn işlərinin aylıq və həftəlik planını hazırlamaq; Marketinq və satış komandası ilə koordinasiyalı işləmək; Mağazalardan daxil olan dizayn sifarişlərini sistemləşdirmək və icrasına nəzarət etmək; Reklam materiallarının vaxtında və keyfiyyətlə hazırlanmasını təmin etmək; Dizayn işlərinin nəticələrini təhlil etmək və yeni kreativ yanaşmalar təklif etmək; Çap və reklam istehsalı ilə məşğul olan tərəfdaşlarla əməkdaşlıq etmək; Hazırlanan bütün dizayn materiallarının brend standartlarına uyğunluğuna nəzarət etmək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.