Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Fire Universal Group

Kiçik Mühasib

BakıMənbə: Boss.az

Vakansiya haqqında

Fire Universal Group mühasibat, vergi və kadr uçotu üzrə gündəlik əməliyyatları aparacaq, işində dəqiq və məsuliyyətli kiçik mühasib axtarır. İş yeri — Bakı şəhəri İş qrafiki — 5 günlük iş həftəsi, 09:00–18:00 Əməkhaqqı — müsahibə əsasında razılaşdırılır Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir. CV-nizi [ office@fug.az ] ünvanına göndərin. Məktubun mövzu hissəsində “Kiçik mühasib” qeyd edin. Hüquqi və fiziki şəxslərin, eləcə də təsərrüfat obyektlərinin qeydiyyatını aparmaq Mühasibat və kadr uçotu sənədlərini hazırlamaq, yoxlamaq, sistemləşdirmək və arxivləşdirmək Müxtəlif şirkətlər üzrə mühasibat sənədlərini və hesabatları yoxlamaq Alış və satış, bank, kassa və əməkhaqqı əməliyyatlarının uçotunu aparmaq, elektron qaimə-fakturaları hazırlamaq və göndərmək Vergi bəyannamələrini, DSMF və statistika hesabatlarını hazırlamaq və təqdim etmək Maliyyə hesabatlarını aylıq təhlil etmək və nəticələri rəhbərliyə təqdim etmək Ehtiyatların hərəkətini və qalıqlarını izləmək, anbar uçotunu aparmaq İdxal olunan mallar üzrə gömrük kodlarının müəyyənləşdirilməsi üçün məlumatları hazırlamaq və malların maya dəyərini hesablamaq Debitor və kreditor borclarının uçotunu aparmaq, ödənişlərə nəzarət etmək və üzləşmə aktlarını tərtib etmək Aylıq iş vaxtı və əməkhaqqı cədvəllərini tərtib etmək, ezamiyyət xərclərini, məzuniyyət haqqını və iş vaxtından artıq işə görə ödənişləri hesablamaq Audit və yoxlamalar üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak etmək Mühasibat uçotu sahəsində minimum 2 il iş təcrübəsi Mühasibat uçotu, maliyyə hesabatlılığı, vergi və əmək qanunvericiliyi üzrə biliklər Microsoft Excel və Word proqramlarında sərbəst işləmək bacarığı Elektron qaimə-faktura sistemi, vergi portalları və internet bankçılıqla işləmək bacarığı Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.