Vakansiya haqqında
Gustè restoranı öz peşəsini sevən, işində təcrübəli, məsuliyyətli və peşəkar baristaları komandamıza qoşulmağa dəvət edir.
İş şəraiti və şərtlər:
Stabil və vaxtında əməkhaqqı
Rahat və peşəkar iş mühiti
Mehriban və peşəkar kollektiv
İşçi qidalanması restoran tərəfindən təmin olunur
Uzunmüddətli əməkdaşlıq və inkişaf imkanı
Əməkhaqqı və iş qrafiki müsahibə zamanı razılaşdırılır
İçkilərin müəyyən edilmiş resept və standartlara uyğun hazırlanması
Sifarişlərin vaxtında və keyfiyyətli təqdim edilməsi
Bar sahəsində təmizlik və gigiyena qaydalarına riayət olunması
Məhsulların düzgün istifadəsi və israfın minimuma endirilməsi
Bar avadanlıqlarının təmiz və işlək vəziyyətdə saxlanılması
Məhsul ehtiyatlarına və qalıqlara nəzarət edilməsi
Barista sahəsində minimum 3 il iş təcrübəsi
Qəhvə və digər isti-soyuq içkilərin hazırlanmasını bilmək
Qəhvə avadanlıqları ilə peşəkar işləmə bacarığı
Səliqəli, punktual və məsuliyyətli olmaq
Komanda ilə işləmək bacarığı
Ünsiyyətcil və gülərüz olmaq
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
