Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Sun Pac MMC

Satış direktoru

BakıMənbə: Boss.az

Vakansiya haqqında

Şirkət: "SUN PAC" MMC İş yeri: Bakı şəhəri İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il rəhbər vəzifələrdə iş təcrübəsi Əmək haqqı 2000+bonus İş rejimi 6 günlük, saat 09:00 - 18:00 Şirkətin ümumi satış hədəflərinə çatmaq üçün strategiyaların həyata keçirilməsi; Satış şöbəsinin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyin artırılması; Satış menecerlərinin peşəkar inkişafına dəstək olmaq və daxili təlimlərin təşkil edilməsi; Rəqabət mühitinin və bazar tendensiyalarının mütəmadi olaraq təhlil edilməsi; Rəhbərliyə mütəmadi olaraq satış hesabatlarının təqdim olunması Təhsil: İqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya əlaqədar sahələr üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür). Sektor Təcrübəsi: Tanınmış və qabaqcıl şirkətlərdə satış sahəsində uğurlu idarəetmə təcrübəsi. İdarəetmə Bacarıqları: Satış komandasının formalaşdırılması, idarə olunması, onlara hədəflərin (KPI) təyin edilməsi və işinə nəzarət edilməsi. Strategiya və Planlaşdırma: Şirkətin satış strategiyasının hazırlanması, qısamüddətli və uzunmüddətli satış planlarının icrasının təmin edilməsi. B2B və Müştəri Əlaqələri: Korporativ müştərilərlə işləmək, yeni bazarların qazanılması, tərəfdaşlıq münasibətlərinin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi. Analitik Təhlil: Satış göstəricilərinin təhlili, aylıq/rüblük hesabatların hazırlanması, qiymət siyasətinin və büdcənin idarə edilməsi. Danışıqlar: Yüksək səviyyədə danışıqlar aparmaq, müqavilə şərtlərini müzakirə etmək və etirazlarla peşəkar səviyyədə işləmək bacarığı. Proqram Təminatı: MS Office proqramlarını (xüsusilə MS Excel) mükəmməl səviyyədə və CRM sistemlərini sərbəst bilmək. Dil Bilikləri: Azərbaycan dili səlis, Rus dili yaxşı, İngilis dili orta səviyyədə. Şəxsi Keyfiyyətlər: Güclü liderlik keyfiyyətləri, nəticəyönümlülük, operativ qərar qəbuletmə, stresə davamlılıq və yüksək ünsiyyət bacarıqları.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.