Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

TECHCHİM MMC

Laborant

BakıMənbə: Boss.az

Vakansiya haqqında

Laborant vəzifəsi üzrə əsas fəaliyyət istiqaməti laboratoriya şəraitində müxtəlif nümunələrin kimyəvi və fiziki-kimyəvi analizlərinin aparılmasından ibarətdir. İşçi istehsalat prosesində istifadə olunan xammalın, aralıq məhsulların və hazır məhsulların keyfiyyət göstəricilərinin müəyyən edilməsi, analiz nəticələrinin dəqiq qiymətləndirilməsi və qeydiyyatının aparılmasına cavabdeh olacaqdır. Laboratoriya avadanlıqları, ölçü cihazları və kimyəvi reagentlərdən istifadə etməklə analizlərin müvafiq metodika və prosedurlara uyğun aparılması, nəticələrin sənədləşdirilməsi, həmçinin laboratoriyada təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifənin əsas tərkib hissəsidir. Kimya, Kimya mühəndisliyi, Kimya texnologiyası və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili. İxtisası: Kimiaçı, Kimya mühəndisliyi və biokimyaçı Təhsili: Ali İş təcrübəsi: min-1 il Yaş həddi: yoxdur Dil bilməsi: Azərbaycan, Rus dilləri mükəmməl Digər peşəkar bacarıq: MS Office(Word, Excel) Laboratoriya sahəsində iş təcrübəsi arzuolunandır. Fiziki-kimyəvi analiz metodları və laboratoriya avadanlıqları haqqında biliklər. Laboratoriya cihazlarından və ölçü vasitələrindən istifadə bacarığı. Analiz nəticələrini düzgün qiymətləndirmək və sənədləşdirmək bacarığı. Microsoft Office proqramları ilə işləmək bacarığı. Komandada işləmək, məsuliyyətli və diqqətli olmaq. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək. Azərbaycan və rus dilində sərbəst ünsiyyət bacarığı. Rus dili biliyi şərtdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.