Vakansiya haqqında
DentaFusion MMC stomatoloji məhsulların, xüsusilə dental implant sistemlərinin Azərbaycanda satışı və distribusiyası ilə məşğul olan şirkətdir.
Şirkətimiz fəaliyyətini genişləndirdiyi üçün yeni ərazilər üzrə çalışacaq, diş həkimləri və stomatoloji klinikalarla əməkdaşlıq quracaq Satış Menecerləri axtarırıq.
Sabit əməkhaqqı + satış nəticələrinə əsaslanan bonus sistemi.
Peşəkar inkişaf və təlim imkanları.
Dental sahədə perspektivli karyera imkanı.
Dinamik və peşəkar komandada çalışma imkanı.
İş qrafiki: həftədə 5 gün 09:00-18:00 şənbə günü: 09:00-14:00
CV’lərinizi e-mail vasitəsilə göndərə bilərsiniz.
Təyin olunmuş ərazi üzrə dental implant məhsullarının satışını həyata keçirmək.
Diş həkimləri və stomatoloji klinikalarla mütəmadi görüşlər keçirmək.
Yeni müştərilər və əməkdaşlıq imkanları cəlb etmək.
Mövcud müştərilərlə davamlı əlaqələri qorumaq və inkişaf etdirmək.
Məhsullar haqqında məlumatları öyrənmək və həkimlərə peşəkar şəkildə təqdim etmək.
Satış planını yerinə yetirmək və mütəmadi hesabat vermək.
Məsuliyyətli, dəqiq və intizamlı olmaq.
Ünsiyyət və təqdimat bacarığı.
Öyrənməyə və şəxsi inkişafa həvəsli olmaq.
Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq.
Sahə satışında işləməyə və mütəmadi görüşlər keçirməyə hazır olmaq.
Satış təcrübəsi arzuolunandır.
Dental sahədə təcrübə üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
