Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

MyDom Daşınmaz Əmlak Agentliyi

SMM mütəxəssisi (xanım)

BakıMənbə: Boss.az

Vakansiya haqqında

VAKANSİYA: SMM MÜTƏXƏSSİSİ (Xanım) Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən komandamıza sosial media hesablarının idarə olunması və canlı yayım kontentlərinin hazırlanması üzrə xanım SMM mütəxəssisi axtarırıq. İş haqqında məlumat: İş qrafiki: 11:00 – 17:00 (Qrafik qarşılıqlı razılaşma ilə dəyişdirilə bilər). İş rejimi: Gün ərzində minimum 3 saat ofisdə olmaq vacibdir. Ofis işindən sonra satışda olan əmlaklara gedərək çəkilişlər etmək, canlı yayımlar açmaq və materialları hazırlamaq tələb olunur. Əməkhaqqı: 400 AZN + Hər uğurlu satış bonusu (Hazırladığı reklam və çəkilişlər sayəsində satılan hər ev üçün əlavə bonus ödənilir). Ünvan / Əlaqə: 051-551-60-00 Müraciət üçün: Kriteriyalara cavab verən namizədlər CV-lərini və ya əvvəlki iş nümunələrini 051-551-60-00 nömrəsinə göndərə və ya birbaşa əlaqə saxlaya bilərlər. Şirkətin sosial media hesablarını (Instagram, Facebook, TikTok, YouTube, WhatsApp) peşəkar şəkildə idarə etmək. Meta (Facebook/Instagram) platformalarında hədəflənmiş reklamların (Targeting) quraşdırılmasını və idarə olunmasını təmin etmək. Satışda olan əmlakların foto, video, Reels və bloq kontentlərini hazırlayaraq bütün platformalarda yayımlamaq (Həftədə ən azı 1 evin tam video çəkilişini edib paylaşmaq). Şirkətin və ofisin tanıtımı məqsədilə həftəlik 3 ədəd kreatıv/parodiya tipli video ssenarisi hazırlamaq və çəkilişini həyata keçirmək. Sosial media şəbəkələrində müntəzəm canlı yayımlar təşkil etmək. Satışda olan evlərin yerindən ən azı 2 saatlıq canlı yayımlar açmaq; canlı yayım zamanı mənzili satmaq və ya almaq istəyən potensial müştəriləri dəqiq məlumatlandıraraq agentliyin rieltorlarına yönləndirmək. Canlı yayım və şərh bölmələrində müştərilərin suallarını operativ, nəzakətli və peşəkar şəkildə cavablandırmaq. Cinsi: Xanım namizəd. Təhsil: Ali və ya orta təhsil. Təcrübə: SMM sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi. Kamera qarşısında sərbəst, axıcı və özünəəmin danışıq qabiliyyəti. Yüksək ünsiyyət bacarığı və aktiv satış/yönləndirmə qabiliyyəti. Daşınmaz əmlak sahəsinə maraq və məlumatları tez mənimsəmə bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.