Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

DOĞTAŞ MMC

Satış təmsilçisi

BakıMənbə: Boss.az

Vakansiya haqqında

İş şəraiti və imkanlar Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək. Əlavə gəlir: Əmək haqqından əlavə yüksək və satış nəticələrinə əsaslanan bonus sistemi. Rəsmi əmək müqaviləsi Peşəkar inkişaf və uzunmüddətli karyera imkanı. İş qrafiki: həftədə 6 gün; həftə ərzində 1 gün istirahət. Növbəli iş saatları: 09:00–18:00 və 11:00–20:00. Müraciət qaydası CV-nizi fotoşəkillə birlikdə ahmedli@dogtas.az elektron poçt ünvanına göndərin. İş yeri: Doğtaş Mebel – Əhmədli filialı / Telefon: 055 909 53 31 Mebel məhsullarının peşəkar təqdimatını və satışını həyata keçirmək. Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, uyğun məhsullar təklif etmək və satışın nəticələnməsini təmin etmək. Satış prosesini və sifarişləri sonadək izləmək, müştəri məmnuniyyətini qorumaq. Satış hədəflərinin yerinə yetirilməsinə və ümumi satış nəticələrinin artırılmasına töhfə vermək. Mağazanın vizual standartlarına və daxili iş qaydalarına riayət etmək. Satış sahəsində minimum 1-3 il real iş təcrübəsi. Yaş həddi: 20–40 yaş Namizədlər: Xanım və Bəy Təhsil: Ali və ya orta ixtisas təhsili Mebel satışı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir. Yüksək təqdimat, inandırma və satışı nəticələndirmə bacarığı. Təmiz, aydın, səlis danışıq və yüksək ünsiyyət mədəniyyəti. Rus dili biliyi üstünlükdür. Kompüterdən sərbəst istifadə, Word və Excel bilikləri. Baxımlı, səliqəli və peşəkar görünüş. Məsuliyyətli, təşəbbüskar, intizamlı və karyera yönümlü olmaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.