Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Facade Group

Fasad Memarı

BakıMənbə: Boss.az

Vakansiya haqqında

Fasad Memarı / Fasad Mühəndisi Komandamıza fasad memarlığı və mühəndisliyi sahəsində təcrübəli Fasad Memarı / Fasad Mühəndisi axtarırıq. Namizəd fasad layihələrinin hazırlanması, texniki detalların işlənməsi və layihələrin tikinti mərhələsində icrasına nəzarət proseslərində iştirak edəcək. - Baş memarla birlikdə fasad layihələrinin hazırlanmasında iştirak etmək. - Fasad sistemlərinin texniki detallarını, konstruktiv birləşmələrini və bərkidilmə həllərini işləmək. - İşçi çertyojların (Shop Drawings) və texniki sənədlərin hazırlanması. - Fasad layihələrinin memarlıq, konstruktiv və texniki tələblərə uyğunluğunu təmin etmək. - Zərurət yarandıqda tikinti obyektlərinə səfər edərək fasad quraşdırılması işlərinin gedişatını yoxlamaq. - Tikinti işlərinin təsdiq edilmiş fasad layihəsinə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsinə nəzarət etmək. - Aşkar olunan texniki problemlərin həlli üçün müvafiq təkliflər hazırlamaq və layihə komandası ilə koordinasiya aparmaq. - Fasad memarlığı və ya fasad mühəndisliyi sahəsində iş təcrübəsi. - Müxtəlif fasad sistemləri, materialları, konstruktiv həllər və montaj texnologiyaları üzrə biliklər. - Memarlıq və texniki çertyojları oxumaq və hazırlamaq bacarığı. - AutoCAD və digər müvafiq layihələndirmə proqramlarında işləmək bacarığı. - Texniki təfəkkür, detallara diqqət və problem həll etmə bacarığı. - Komandada və müstəqil işləmək qabiliyyəti.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.