Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

CONNEX MMC

Baş Direktorun Referenti

BakıMənbə: Boss.az

Vakansiya haqqında

Şirkət: Connex MMC İş yeri: Bakı şəhəri İş qrafiki: Tam iş günü İş şəraiti Azərbaycan və beynəlxalq layihələr həyata keçirən şirkətdə iş imkanı; Baş direktorla birbaşa işləmək və strateji idarəetmə proseslərində iştirak; Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi; Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi; Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən edilir. Baş direktorun gündəlik iş fəaliyyətinin və iş qrafikinin koordinasiyası; Görüşlərin, iclasların və işgüzar səfərlərin təşkili; Direktor tərəfindən verilən tapşırıqların icrasına nəzarət və nəticələrin izlənilməsi; Şirkətin struktur bölmələri arasında operativ kommunikasiya və koordinasiyanın təmin edilməsi; Rəsmi yazışmaların, məktubların və işgüzar sənədlərin hazırlanması; Yerli və xarici tərəfdaşlarla işgüzar kommunikasiyanın aparılması; İclas protokollarının hazırlanması və qəbul edilmiş qərarların icrasının izlənilməsi; Rəhbərlik üçün qısa hesabatların və təqdimatların hazırlanması; Məxfi korporativ məlumatların qorunmasının təmin edilməsi. Ali təhsil; Müvafiq sahədə minimum 2–3 il iş təcrübəsi; Azərbaycan dilində mükəmməl, ingilis dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Rus dili biliyi üstünlükdür; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Yüksək təşkilatçılıq, analitik düşünmə və problemləri operativ həll etmə qabiliyyəti; İşgüzar yazışma və korporativ etiket qaydalarını bilmək; Eyni anda bir neçə tapşırığı idarə etmək və prioritetləşdirmək bacarığı; Məsuliyyətlilik, dəqiqlik, təşəbbüskarlıq və yüksək məxfilik prinsiplərinə riayət; Müstəqil qərarvermə və rəhbərin tapşırıqlarını minimum nəzarətlə icra etmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.