Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

KK Alliance MMC

Baş mühasib

BakıMənbə: Boss.az

Vakansiya haqqında

KK Alliance LLC geniş fəaliyyət istiqamətlərini əhatə edən, distribusiya, idxal, ticarət və müxtəlif xidmət sahələrində fəaliyyət göstərən şirkət olaraq komandamıza təcrübəli Baş mühasib axtarır. İş şəraiti: İş yeri: Bakı şəhəri; İş qrafiki: Tam iş günü; Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək. Maraqlanan namizədlər CV-lərini təqdim edə bilərlər. Şirkətin bütün fəaliyyət istiqamətləri üzrə mühasibat və maliyyə uçotunun təşkil edilməsi və idarə olunması; Vergi, DSMF və digər məcburi hesabatların hazırlanması və vaxtında təqdim edilməsi; Vergi qanunvericiliyinə və mühasibat uçotu standartlarına riayət olunmasına nəzarət; İdxal, ixrac, distribusiya, topdan və pərakəndə satış əməliyyatlarının mühasibat uçotunun aparılması; Gömrük sənədləri, invoyslar, müqavilələr və digər maliyyə sənədlərinin uçotunun təşkili; ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin hesablanması; Bank əməliyyatlarına, pul vəsaitlərinin hərəkətinə və ödənişlərə nəzarət; Debitor və kreditor borclarının idarə olunması; Anbar, mal qalığı və məhsulların maya dəyərinin uçotuna nəzarət; Müxtəlif xidmət istiqamətləri üzrə gəlir və xərclərin uçotunun aparılması; Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması; Mühasibatlıq proseslərinin düzgün və effektiv təşkil edilməsi. Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil; Baş mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini mükəmməl bilmək; İdxal, distribusiya və ticarət sahələrində iş təcrübəsi; ƏDV, gömrük və xarici iqtisadi fəaliyyət əməliyyatları üzrə biliklər; 1C və MS Excel proqramlarında sərbəst işləmək bacarığı; Analitik düşünmə, məsuliyyətlilik və diqqətlilik; Komandanı idarə etmək və iş proseslərini təşkil etmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.