Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Rifah Qrup

Call Center (Operator)

BakıMənbə: Boss.az

Vakansiya haqqında

📩 Müraciət üçün: Maraqlanan namizədlər mövzu hissəsinə "Çağrı Mərkəzi Operatoru" yazaraq öz CV-lərini hr@rifahqrup.az elektron poçt ünvanına göndərə bilərlər. 📍 Ünvan: Bakı ş., Yasamal r/n, İnşaatçılar m/s, Tri korona(3 tac) binası 📞 Əlaqə nömrəsi: 055 201 61 83 Sabit maaş + performans göstəricilərinə uyğun bonuslar. Çağrı mərkəzi, effektiv ünsiyyət və satış texnikaları üzrə ödənişsiz daxili təlimlər. Gənc, mehriban və enerjili komanda ilə müasir ofis şəraiti. Şirkət daxilində daha yüksək vəzifələrə yüksəlmək şansı. Daxil olan zəngləri peşəkar, nəzakətli və pozitiv şəkildə qəbul etmək. Şirkətin məhsul və xidmətləri barədə müştərilərə dəqiq məlumat vermək, sualları cavablandırmaq. Müştərilərin qarşılaşdığı çətinlikləri və şikayətləri dinləmək, onları operativ şəkildə həll etmək və ya müvafiq şöbəyə yönləndirmək. Daxil olan müraciətləri və zənglərin nəticələrini daxili verilənlər bazasına (CRM sistemi) qeyd etmək. Lazımi hallarda müştərilərə geri zənglər etmək (məlumat çatdırmaq, sorğunun nəticəsini bildirmək). Azərbaycan dilində səlis və aydın diksiya ilə danışıq qabiliyyəti (Rus və ya İngilis dili biliyi arzuolunandır). Yüksək ünsiyyət, dinləmə və müştərilərlə emosional bağ qurma bacarığı. Çətin və gərgin vəziyyətlərdə təmkinli qalmaq və kompromis tapmaq qabiliyyəti. Müvafiq sahədə (Call Center, Müştəri Xidmətləri və ya Satış) iş təcrübəsi olanlara üstünlük verilir (təcrübəsiz namizədlər üçün təlimlər keçirilir).

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.