Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Le’Ma Spa & Beauty center

Resepşn

BakıMənbə: Boss.az

Vakansiya haqqında

VAKANSİYA ELANI | RECEPTIONIST XANIM AXTARIRIQ Le’Ma Spa & Beauty Center komandamıza məsuliyyətli, gülərüz və peşəkar receptionist xanım dəvət edir! İş qrafiki: 10:00-dan–20:00-dək, növbəli iş rejimi. Ünvan: 28 Residence, 6-cı mərtəbə Rahat parkinq və elektrik avtomobilləri üçün şarj imkanı mövcuddur. Biz kim axtarırıq? Le’Ma-nın premium xidmət standartlarını qoruyacaq, müştərilərlə nəzakətli danışacaq, telefon zənglərini və rezervasiyaları peşəkar şəkildə idarə edəcək, işinə ciddi yanaşan komanda üzvü axtarırıq. 📩 Müraciət üçün: CV-nizi Direct mesaj vasitəsilə göndərin. CV-də iş təcrübənizi, bildiyiniz dilləri və əlaqə nömrənizi qeyd edin. Le’Ma Spa & Beauty Center — zəriflik və peşəkarlığın ünvanı. Müştəriləri nəzakətli və peşəkar şəkildə qarşılamaq • Telefon zənglərinə cavab vermək və gələn zəngləri idarə etmək • Rus dilində sərbəst danışaraq müştərilərlə ünsiyyət qurmaq • WhatsApp və sosial şəbəkələrdən gələn müraciətləri cavablandırmaq • Xidmətlər, qiymətlər və spa paketləri haqqında ətraflı məlumat vermək • Müştərilərin rezervasiyalarını qəbul etmək, qeydiyyata almaq və təsdiqləmək • Ustaların və spa mütəxəssislərinin iş qrafikinə uyğun görüşlər təyin etmək • Rezervasiyaları izləmək, dəyişiklikləri vaxtında qeyd etmək • Müştərilərin vaxtında və düzgün xidmət almasını təmin etmək • Ödənişləri və kassa əməliyyatlarını müəyyən olunmuş qaydada aparmaq • Müştəri məlumatlarının məxfiliyini qorumaq • Rəhbərliyin tapşırıqlarını vaxtında və məsuliyyətlə yerinə yetirmək • Rus dilini sərbəst danışıq səviyyəsində bilmək mütləqdir • Azərbaycan dilində səlis danışmaq • Səlis danışıq, güclü ünsiyyət və müştəri xidmətləri bacarığı • Səliqəli, baxımlı və xoş ünsiyyətli olmaq • Punktual, diqqətli, məsuliyyətli və intizamlı olmaq • Kompüterdən və WhatsApp-dan istifadə bacarığı • Eyni zamanda bir neçə işi idarə etmək və operativ qərar vermək bacarığı • Reception və ya müştəri xidmətləri sahəsində təcrübə üstünlükdür

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.