Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Aydinoğlu-R

Baş Mühasib

BakıMənbə: Boss.az

Vakansiya haqqında

Qanunvericilik: Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və Mülki Məcəlləni ətraflı bilmək. Uçot və Standartlar: MHBS (Milli və Beynəlxalq Mühasibat Uçotu Standartları) üzrə mükəmməl biliklər. Tikinti materiallarının və xidmətlərin maya dəyərinin hesablanması (Forma №2 və Forma №3 üzrə işləmə bacarığı). Subpodratçı işlərinin, podrat müqavilələrinin və tikinti obyektləri üzrə xərclərin uçotunun aparılması. Əsas vəsaitlərin, tikinti texnikasının və amortizasiyanın doğru uçotu. Proqram bilikləri: 1C (8.3 versiyası, xüsusən Tikinti modulu), Excel (yüksək səviyyədə) və e-gov / e-taxes portalsından (BTP, e-VHF, e-Bəyannamə) sərbəst istifadə. Hesabatlılıq: Dövlət orqanlarına (Dövlət Vergi Xidməti, DSMF, Statistika Komitəsi və s.) vergi, sosial və digər rəsmi hesabatların vaxtında hazırlanması və təqdim edilməsi. Maliyyə Nəzarəti: Şirkətin pul vəsaitlərinin həərəkətinə, bank və kassa əməliyyatlarına, debitor və kreditor borclarına gündəlik nəzarət. Auditor və Yoxlamalar: Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan sənədləşmənin təmin edilməsi və vergi orqanları ilə münasibətlərin idarə olunması. Mühasibatlıq şöbəsinin işini təşkil etmək və kiçik mühasiblərin fəaliyyətinə nəzarət etmək. Təhsil: Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya uyğun sahə üzrə ali təhsil. İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 5 il, tikinti sahəsində baş mühasib kimi isə azı 3 il iş təcrübəsi. Sertifikatlar: PMS (Peşəkar Mühasib Sertifikatı — xüsusilə İHMH/MHBS üzrə) sertifikatlarının olması böyük üstünlükdür.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.