Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

DOĞTAŞ MMC

Satış üzrə baş mütəxəssis

BakıMənbə: Boss.az

Vakansiya haqqında

Doğtaş Mebel komandamıza minimum 3 il satış təcrübəsi olan, müştərilərlə peşəkar ünsiyyət quran, satışı nəticələndirməyi bacaran və yüksək satış göstəriciləri ilə fərqlənən Satış üzrə Baş Mütəxəssis axtarırıq. · Yüksək sabit əmək haqqı və satış nəticələrinə uyğun bonus sistemi. · Rəsmi əmək müqaviləsi və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun işə qəbul. · Növbəli iş rejimi, həftədə 6 iş günü və 1 gün istirahət. · Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək. Müraciət qaydası CV-niz aydın, dolğun və mütləq fotoşəkilli olmalı, ceyhun.tanbay@dogtas.az elektron poçt ünvanına göndərilməlidir. CV göndərərkən e-poçtun mövzu hissəsində mütləq “Satış üzrə Baş Mütəxəssis” qeyd olunmalıdır. Telefon: 055 909 53 31 Vacib qeyd: Vakansiya satış sahəsində minimum 3 il praktiki təcrübəsi olan namizədlər üçündür. Təcrübəsiz namizədlərin müraciət etməməsi xahiş olunur. · Mebel məhsullarının peşəkar təqdimatını və satışını həyata keçirmək. · Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, uyğun məhsullar təklif etmək və satışın nəticələnməsini təmin etmək. · Satış prosesini və sifarişləri sonadək izləmək, müştəri məmnuniyyətini qorumaq. · Satış hədəflərinin yerinə yetirilməsinə və ümumi satış nəticələrinin artırılmasına töhfə vermək. · Bilik və təcrübəsini komanda yoldaşları ilə bölüşmək, satış heyətinin komanda şəklində işləməsinə dəstək olmaq. · Mağazanın vizual standartlarına və daxili iş qaydalarına riayət etmək. Yaş: 25–40 yaş Təhsil: Ali və ya orta ixtisas təhsili Satış sahəsində minimum 3 il real iş təcrübəsi. Mebel satışı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir. Yüksək təqdimat, inandırma və satışı nəticələndirmə bacarığı. Təmiz, aydın, səlis danışıq və yüksək ünsiyyət mədəniyyəti. Rus dilində sərbəst danışıq xüsusi üstünlükdür. İngilis dili biliyi arzuolunandır. AutoCAD, PCon.planner və oxşar dizayn proqramları üzrə bilikləri olan namizədlərə üstünlük verilir. Baxımlı, səliqəli və peşəkar görünüş. Kompüterdən sərbəst istifadə və Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı. Yüksək satış potensialı, nəticəyönümlülük və qısa müddətdə nəticə göstərmək bacarığı. Məsuliyyətli, təşəbbüskar, intizamlı və karyera yönümlü olmaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.