Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Your Consulting

Mühasib

BakıMənbə: Boss.az

Vakansiya haqqında

Əlavə məlumatlar: - Əmək haqqı Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı təyin olunacaqdır. - İş yeri Nizami m/stansiyasının yaxınlığı,Capital Tower Residence - İş rejimi: 5 gün/Saat 09:00-18:00 - Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili - Müəssisənin Maliyyə/mühasibat və vergi uçotunun aparılması,qurulması - Kassa,bank əməliyyatlarının həyata keçirilməsi,düzgünlüyünün yoxlanılması - Qaimə və vergi hesab fakturaların yazılması - Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi - Debitor və kreditor hesablaşmaların aparılması və nəzarət edilməsi - Əmək haqqı hesablanmasını etməsi,ə/h-na nəzarət və düzgün hesablanmasının kontrol edilməsi - Əsas vəsaitlərin alınması, istismara verilməsi, balansdan silinməsi, köhnəlməsinin hesablanması - Mal-materialların uçotunun aparılması,nəzarət edilməsi - İxrac və idxal əməliyyatlarının uçotunun aparılması,dəyərinin hesablanması - Gündəlik və aylıq,illik hesabatlarınin tərtib edilməsi,düzgünlüyünün yoxlanılması - Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması - Aylıq, rüblük və illik vergi, Statistika və DSMF hesabatlarının hazırlanması və aidiyyəti üzrə orqanlara təqdim edilməsi - Aylıq olaraq satış və alış qaimələrinin sistem ilə düzgünlüyünün yoxlanılması və ona nəzarət edilməsi - Ali təhsil(Maliyyə,vergi və ya mühasibat uçotu sahəsində ) - Müvafiq sahədə ən az 3 il iş təcrübəsi - Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı(Excel bilikləri yüksək səviyyədə olan namizədlərə üstünlük veriləcəkdir) - İdarəetmə,analitik təhlil və təşkilatçılıq qabliyyəti - Mükəmməl səviyyədə Vergi Qanunvericiliyi bilikləri - Məsuliyyətli,ünsiyyətcil olmaq və komandada işləmək bacarığı

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.