Vakansiya haqqında
İş qrafiki: I – V günlər (09:00 – 18:00), .
Əlaqə rejimi: Təcili hallarda (yük yolda olarkən) iş saatlarından kənar zəngləri və mesajları operativ cavablandırmaq hazırlığı.
Yükdaşımaların idarə edilməsi: Beynəlxalq və daxili yükdaşımaların (avto, dəmir yolu, dəniz və ya hava) ilkin mərhələdən təhvil prosesinə qədər koordinasiyası və izlənməsi.
Müştəri və tərəfdaşlarla əlaqə: Sifarişçilər, daşıyıcılar, gömrük təmsilçiləri və xarici tərəfdaşlarla gündəlik operativ ünsiyyətin saxlanılması.
Sənədləşmə işləri: Nəqliyyat və yük sənədlərinin (CMR, Bill of Lading, Invoice, Packing List, dəmir yolu qaimələri və s.) düzgünlüyünün yoxlanılması və hazırlanması.
Logistik marşrutların təhlili: Optimal marşrutların, nəqliyyat növlərinin və yük qiymətləndirmələrinin aparılması.
Məlumat bazasının idarə olunması: Sifarişlərin və yüklərin statusunun daxili proqram təminatına (CRM/ERP) vaxtında və dəqiq daxil edilməsi.
Təhsil: Ali təhsil (Logistika, Nəqliyyatın idarə olunması, Beynəlxalq münasibətlər və ya İqtisadiyyat sahəsi üstünlükdür).
İş təcrübəsi: Logistika, nəqliyyat və ya ekspedisiya sahəsində iş təcrübəsi arzuolunandır.
Dil bilikləri:
Azərbaycan dili — Əla
Rus dili — Yaxşı
İngilis dili — Yaxşı (yazışma və danışıq səviyyəsində; xüsusilə xarici tərəfdaşlarla iş üçün)
Kompüter bilikləri: MS Office (xüsusilə Excel dərin biliklər), logistika və yük axtarış platformaları ilə işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
