Vakansiya haqqında
Aura Məişət Texnikası MMC — Almaniyanın Aura GmbH şirkətinin Azərbaycandakı distribyutoru — nəticəyönümlü və məsuliyyətli SMM mütəxəssisi axtarır.
İş şərtləri
6 günlük iş qrafiki: 10:00–18:00;
Rəsmi əmək müqaviləsi;
Nahar şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: 500–800 AZN.
Müraciət qaydası
Mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməklə CV-nizi PDF formatında, portfolionuzu və idarə etdiyiniz səhifə və ya kampaniyalardan nümunələri hr@aurammc.az elektron ünvanına göndərin.
İş telefonu: +994 12 441 49 49
Facebook və Instagram səhifələrinin gündəlik idarə olunması;
Aylıq kontent strategiyasının, kontent təqviminin və paylaşım planının hazırlanması;
Mətn, vizual, Reels və digər qısa video formatlarında kontentin hazırlanması və paylaşılması;
Meta Business Suite, Business Manager və Ads Manager vasitəsilə reklam kampaniyalarının qurulması, optimallaşdırılması və nəticələrinin təhlili;
Hədəf auditoriyaların, retargeting auditoriyalarının və reklam məqsədlərinin düzgün seçilməsi;
Reklam büdcəsinin səmərəli idarə olunması, nəticələrin CTR, CPC, CPM, CPL və satış göstəriciləri üzrə izlənməsi;
Süni intellekt alətlərindən istifadə etməklə reklam vizualları, məhsul şəkilləri və qısa videoların hazırlanması;
Foto və video çəkilişlərinin təşkili, çəkilən materialların montaj və redaktə edilməsi;
Sosial media trendlərinin, rəqiblərin və bazarın mütəmadi təhlili;
Həftəlik və aylıq nəticə hesabatlarının hazırlanması, inkişaf təkliflərinin təqdim edilməsi.
Kişi namizəd, yaş həddi: 30 yaş və yuxarı;
SMM və rəqəmsal marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
Meta Business Suite, Business Manager və Ads Manager üzrə güclü praktiki bilik;
Reklam kampaniyasını sıfırdan qurmaq, auditoriyaları seqmentləşdirmək, A/B testləri aparmaq və nəticələri optimallaşdırmaq bacarığı;
Adobe Photoshop proqramında yaxşı işləmək bacarığı; Illustrator, Figma və ya Canva biliyi üstünlükdür;
CapCut, Adobe Premiere Pro və ya digər video redaktə proqramlarından ən azı birində sərbəst işləmək bacarığı;
ChatGPT, Gemini, Veo, Flow və ya oxşar süni intellekt alətləri ilə keyfiyyətli vizual və video kontent hazırlamaq bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus dili biliyi üstünlükdür;
Müstəqil, sistemli və məsuliyyətli işləmək, tapşırıqları vaxtında tamamlamaq bacarığı;
Portfolio və əvvəlki layihələr üzrə real nəticələr təqdim etmək imkanı.
Üstünlük veriləcək
SMM və ya reklam agentliyində iş təcrübəsi;
Məişət texnikası, pərakəndə satış və ya e-ticarət sahəsində təcrübə;
Meta Pixel, Conversion API və analitika alətləri üzrə ilkin praktiki bilik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
