Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Gen Pharma Caucasus Manufacturing Operations

İstehsal avadanlıqlarına texniki xidmət üzrə texnik

BakıMənbə: Boss.az

Vakansiya haqqında

Şirkətimiz “İstehsal avadanlıqlarına texniki xidmət üzrə texnik” vəzifəsi üzrə əməkdaş axtarır. (Yalnız yerli namizədlərə üstünlük veriləcək.) Namizədlərdən CV-lərini mövzu hissəsində müraciət edilən vəzifənin adını qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərmələri xahiş olunur: info@gencaucasus.az İstehsalat avadanlıqlarına texniki xidmət və təmir işlərini həyata keçirmək, həmçinin müvafiq texniki xidmət formalarını doldurmaq; Texniki xidmət təlimatlarının hazırlanmasına dəstək göstərmək; Məsul olduğu sistemlərin səmərəli fəaliyyətini təmin etmək; Ehtiyat hissələrinin stokunu izləmək və zəruri materiallarla bağlı sifarişlər təqdim etmək; Həvalə olunmuş vəzifələrlə əlaqədar əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət etmək. Müvafiq sahə üzrə tam orta, peşə və ya ali təhsil; Texniki xidmət və təmir prosesləri haqqında biliklər; İstehsalat və qablaşdırma avadanlıqları ilə iş təcrübəsinin olması arzuolunandır; MS Office proqramları ilə işləmək bacarığı; Komandada işləmək bacarığı; Zərurət yarandıqda yüksək iş yükü şəraitində işləmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.