Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Holcim (Azərbaycan) ASC

Satış Məsləhətçisi

BakıMənbə: Boss.az

Vakansiya haqqında

Vəzifə: Satış Məsləhətçisi Şöbə: Kommersiya İş vaxtı: Tam iş vaxtı ● Mağazaya daxil olan müştəriləri qarşılamaq, onların ehtiyaclarını müəyyən etmək və tikinti/təmir materiallarının seçilməsində peşəkar məsləhət vermək. ● Müştəriyə materialların keyfiyyəti, tərkibi, tətbiq qaydaları, sərfiyyatı (məsələn, 1 kv.m-ə nə qədər boya və ya kafel yapışdırıcısı gedir) və istehsalçı ölkəsi barədə dəqiq məlumat vermək. ● Müəyyən olunmuş fərdi aylıq satış planını yerinə yetirmək. Mağazaya daxil olan ziyarətçilərin alıcıya çevrilməsi (Conversion Rate) göstəricisini artırmaq, müştərilər üçün tikinti smetalarını hesablamaq. ● Əsas alınan məhsulun yanında tamamlayıcı materialları (məsələn: sement ilə birlikdə qum, plastikləşdirici, alət, bərkitmə vasitələri) təklif edərək orta çeki və çəkdəki SKU sayını böyütmək. ● Malları vitrinlərə və rəflərə səliqəli, estetika, daxili standartlara və planoqramaya uyğun şəkildə düzmək. ● Rəflərdəki bütün malların üzərində qiymət kağızlarının (qiymət etiketlərinin / price tags) düzgün, görünən və 100% aktual olmasına nəzarət etmək. ● Mağazaya yeni gələn tikinti materiallarının qəbulunda, sayılmasında və rəflərə yerləşdirilməsində iştirak etmək (fəhləyə və administratora köməklik göstərmək). ● Malın son istifadə tarixinə (məsələn: sement, quru qarışıqlar, mastika və boyalar üçün FEFO prinsipi üzrə) nəzarət etmək. ● Azalan və ya bitən məhsullar barədə mağaza rəhbərliyinə (və ya təchizat bölməsinə) vaxtında məlumat vermək. ● Satış zalının, rəflərin və malların üzərinin daima təmiz (tozsuz) və nizamlı qalmasını təmin etmək. ● Orta-ixtisas və ya ali təhsi ● Tikinti materialları və ya pərakəndə satış sahəsində minimum 1 il təcrübə ● Kompüter üzrə minimum bilik. Hesabatların hazırlanması üçün Word, Excel proqramları. ● 1C satış proqramı ilə işləmək bacarığı ● Ünsiyyət bacarığı, nəzakətlilik, müşahidəçilik kimi bacarıq və keyfiyyətlərə malik olmaq

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.