Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Yepika Pets

Heyvanlara qulluq üzrə əməkdaş

BakıMənbə: Boss.az

Vakansiya haqqında

İş barədə məlumat Yepika Pets heyvanlara gündəlik qulluq, onların sağlamlıq vəziyyətinə nəzarət və təmiz saxlanma şəraitinin təmin edilməsi üçün məsuliyyətli, diqqətli və heyvanları sevən əməkdaş axtarır. İş şəraiti * İş yeri: Bakı * İş qrafiki: 5 günlük iş həftəsi * İstirahət günləri əvvəlcədən razılaşdırılır və əsasən həftənin ortasına düşür * Əməkhaqqı: Müsahibə zamanı razılaşdırılır * İşə başlamazdan əvvəl daxili qaydalar və heyvanlara qulluq protokolu üzrə təlim keçiriləcək Müraciət qaydası Uyğun namizədlərdən CV-lərini və ya özləri haqqında qısa məlumatı göndərmələri xahiş olunur. * Pişiklərə gündəlik qulluq etmək, yemək və su vermək * Yemləmə rejiminə və müəyyən edilmiş qida normalarına riayət etmək * Pişiklərin ümumi vəziyyətini, iştahasını, aktivliyini və davranışını müşahidə etmək * Xəstəlik əlamətlərini vaxtında aşkar etmək və dərhal rəhbərliyə məlumat vermək * Bədən temperaturunu ölçmək və nəticələri qeyd etmək * Qusma, ishal, iştahasızlıq, halsızlıq və digər narahatedici əlamətləri dərhal bildirmək * Zərurət olduqda xəstə və ya xəstəlik şübhəsi olan heyvanları ayırmaq və müəyyən edilmiş protokola uyğun hərəkət etmək * Heyvanların saxlanıldığı otaqları, qəfəsləri, yemək və su qablarını təmiz saxlamaq * Tualet qablarını vaxtında təmizləmək, qumu dəyişmək və sanitar-gigiyena qaydalarına riayət etmək * Dezinfeksiya işlərini müəyyən edilmiş qaydalara və təlimatlara uyğun aparmaq * Xəstəliklərin yayılmasının qarşısını almaq üçün gigiyena və izolyasiya qaydalarına ciddi əməl etmək * İstifadə olunan materialların və ləvazimatların vəziyyətinə nəzarət etmək * Gündəlik müşahidələri, görülən işləri və heyvanların sağlamlıq vəziyyəti ilə bağlı məlumatları qeyd etmək * Daxili qaydalara və heyvanlara qulluq protokoluna ciddi şəkildə əməl etmək * Məsuliyyətli, diqqətli və səbirli olmaq * Heyvanlara qarşı mərhəmətli və qayğıkeş münasibət * Təmizliyə və gigiyenaya ciddi riayət etmək * Təlimatları dəqiq yerinə yetirmək * Diqqətli olmaq, müşahidə aparmaq və hər hansı dəyişiklik barədə vaxtında məlumat vermək * Fiziki cəhətdən aktiv iş rejiminə uyğun olmaq * Heyvanlara qulluq sahəsində təcrübə arzuolunandır, lakin mütləq deyil * Öyrənməyə və müəyyən edilmiş qaydalara uyğun işləməyə hazır olmaq

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.