Vakansiya haqqında
Qida məhsullarının restoranlara, kafelərə, otellərə və market şəbəkələrinə topdan satışı və çatdırılması ilə məşğul olan şirkətimizə yük avtomobili sürücüsü tələb olunur.
İş yeri: Bakı şəhəri
İş qrafiki: Tam iş günü
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Yük avtomobili sürücüsü" qeyd edərək l.qafarova@gudfood.az elektron poçt ünvanına göndərə bilərlər. Telefon vasitəsi ilə və ya WhatsApp üzərindən müraciət edəcək namizədlərin məlumatları nəzərə alınmayacaq!
Şirkətə məxsus yük avtomobilini idarə etmək;
Günlük müəyyən edilmiş marşrut üzrə hərəkət etmək;
Çatdırılma ünvanlarına vaxtında çatmaq;
Avtomobilin təmiz və səliqəli saxlanılmasına nəzarət etmək;
Avtomobilin texniki vəziyyətini izləmək və yaranan nasazlıqlar barədə vaxtında məlumat vermək;
Yol hərəkəti qaydalarına və şirkətin daxili qaydalarına riayət etmək.
Yük avtomobili idarə etmək üçün uyğun kateqoriyalı etibarlı sürücülük vəsiqəsi;
Yük avtomobili idarəetmə təcrübəsi;
Bakı şəhərini və əsas marşrutları yaxşı tanımaq;
Təhlükəsiz və məsuliyyətli sürücülük bacarığı;
Məsuliyyətli, punktual və intizamlı olmaq;
Namizəd mütləq ailəli olmalıdır;
Oxşar sahədə iş təcrübəsi üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
