Vakansiya haqqında
Təsvir
Müstəqil və köklü araşdırma aparmaq bacarığı: İstifadəçilərin və müştərilərin
istifadə təcrübələrini öyrənmək, anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu
məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək;
İstifadəçi ehtiyaclarına uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq.
Bu, veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılmasını əhatə
edir;
Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar
yaratmaq. Bu, rənglər, fontlar və digər vizual elementlər üzərində işləməyi daxil edir;
Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş
toplamaq. Bu geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini
yaxşılaşdırmaq;
PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni
komponentlər və qaydalar yaratmaq bacarığı;
Məhsul, marketinq, IT, hüquq
və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini qarşılamaq üçün effektiv
kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək;
İstifadəçi
təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək;
İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət
etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq. Həmçinin, dizayn
komandasına bu axınlarla bağlı təlimatlar vermək və bu sahədə olan yenilikləri komandaya
ötürmək;
Layihə və məhsulların hazırlanmasında müştəri təcrübəsi,
istifadəçiyə yönümlü interfeyslər və prototiplərlə yüksək səviyyədə işləmək bacarığı;
Rəqəmsal həllərin yaradılmasına dəstək olan seminarların və "Design Thinking" yanaşmasının
tətbiq edilməsi;
Komandada UX/UI biliklərinin artırılmasında bilavasitə
rol oynamaq bacarığı;
Məhsulların dizayn tərtibatının yaradılması zamanı
komanda üzvlərinə tövsiyyələr və rəylər vermək bacarığı;
Məhsulun
hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun müştərilərə mükəmməl şəkildə təhvil
verilməsinə nəzarət etmək;
Komanda üzvlərinin potensialını artırmaq üçün
mentorluq və rəhbərlik etmək;
Dizayn strategiyalarını işləmək və bankın
ümumi məqsədlərinə uyğun dizayn hədəflərini müəyyən etmək. Dizayn və məhsul komandalarına rəhbərlik etmək, onların
işinə yön və motivasiya vermək;
Bankın rəqəmsal və fiziki məhsulları üçün
bütün dizayn standartlarını təyin etmək. Bu, marka kimliyi, istifadəçi interfeysi (UI), istifadəçi təcrübəsi (UX) və
əlçatanlıq standartlarını əhatə edir;
Yeni texnologiyaları və dizayn
metodologiyalarını öyrənmək və bankın rəqəmsal məhsullarına inteqrasiya etmək. Bu, süni intellekt, maşın öyrənməsi
və bulud texnologiyaları kimi sahələrdə yenilikləri əhatə edə bilər;
Agile metodologiyası haqqında məlumatlı və təcrübəsi olmaq.
Tələblər
Təhsil səviyyəsi: Ali Təhsil;
İş
təcrübəsi (il və/və ya sahə olaraq): Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 5
ildən artıq təcrübə. Agile metodologiyası ilə işin qurulması bilikləri olması üstünlükdür;
Texniki səriştələr: İstifadəçi yönümlü rəqəmsal həllərin, məhsulla bağlı güclü instinktlərin
və prosesslərin tez zamanda müəyyənlişdirilməsi; Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin
keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər; Məhsulun hazırlanmasında konsept mərhələsindən
başlayaraq tam müştəriyə təhvil verilməsində bütün prosesslərdə təcrübə;
Dil bilikləri: Minimal olaraq İngilis dilində "Intermediate" səviyyəsində
biliklər;
Kompüter bilikləri: Qrafik və vizual dizayn üçün nəzərdə
tutulmuş Figma, Sketch, Adobe Suite və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst
istifadəsi; Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn kitabxana ilə
iş təcrübəsi;
Apple Human Interface Guidelines üzrə
bilik;
Material Design Guidelines üzrə bilik;
Token-first Design System yanaşması ilə işləmə təcrübəsi;
Mobil tətbiqlərin UX/UI dizaynı sahəsində minimum 2 il iş təcrübəsi;
Güclü portfolio (Minimum 3 mobil tətbiq dizayn keysləri).
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
