Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Mühasibat məlumatlarını 1C bazasına vaxtında işlənilməsi,
Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
Pul axınlarının planlaşdırılması və nəzarəti;
Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;
Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
Vergi risklərinin idarə olunması və vergi planlaşdırmasının həyata keçirilməsi;
Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
Debitor və kreditor hesablaşmaları aparmaq;
Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi;
İnternet bankçılıq” üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) aparılması;
Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi;
Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin işlənməsi;
Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək;
Gündəlik və aylıq hesabatları tərtib etmək; İdxal və ixrac əməliyyatları üzrə sənədləşməyə nəzarət;
Gömrük bəyannamələri, invoyslar, CMR və digər daşıma sənədlərinin yoxlanılması;
Məhsulun (işin, xidmətin) maya dəyərinin və hesabat kalkulyasiyasının tərtib edilməsi;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
Mühasibatlıq komandasının idarə olunması və iş prosesinə rəhbərlik.
Nəqliyyat və logistika xərclərinin düzgün uçota alınmasına nəzarət.
Tələblər:
Təhsil: Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat sahəsində ali təhsil;
Qanunvericilik biliyi: AR Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotuna dair qüvvədə olan normativ-hüquqi aktları mənimsəmək, qanunvericilikdəki dəyişiklikləri davamlı olaraq izləmək və praktikada tətbiq etmək bacarığı;
Proqram təminatı: 1C (8.3 versiyası) mühasibatlıq proqramında sərbəst işləmək bacarığı;
Ofis proqramları: MS Office paketini, xüsusilə MS Excel proqramını operativ və yüksək səviyyədə bilmək;
Analitik düşünmə, detallara qarşı diqqətli olma, rəqəmlərlə işləmək və yaranan problemləri təmkinlə həll etmək bacarığı;
PMS sertifikatının olması üstünlükdür;
Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı işgüzar ünsiyyət bacarığı (ingilis dili üstünlükdür);
Müvafiq sahədə ən azı 5 il davamlı iş təcrübəsi.
İş şərtləri:
İş günləri: 5 günlük iş qrafiki
İş yeri: Yasamal rayonu. Mirəli Seyidov 93A
Əməkhaqqı: 2000 Azn
Maraqlanan namizədlərdən mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə şəkilli CV-lərin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
