Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
Vəzifənin əsas
məqsədi
Şirkətin reklam fəaliyyəti sahəsində gündəlik
əməliyyat fəaliyyətinin koordinasiyasını həyata keçirmək, müxtəlif struktur və əməkdaşlar arasında operativ əlaqəni
təmin etmək, yaranan təşkilati, texniki və inzibati məsələlərin həllində birbaşa iştirak etmək, şirkətin
fəaliyyətinin fasiləsiz və səmərəli təşkilinə dəstək göstərmək.
Əsas vəzifə və
öhdəliklər
Şirkətin reklam sahəsində gündəlik
fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsi və əməliyyat proseslərinin
koordinasiyası;
Mövcud və
potensial müştərilərlə görüşlərin keçirilməsi, işgüzar əlaqələrin qurulması və inkişaf
etdirilməsi;
Müştərilərin
müraciət və tələblərinin araşdırılması, müvafiq həll yollarının təklif edilməsi;
Texniki heyətlə mütəmadi əlaqənin saxlanılması, işlərin
gedişinə nəzarət və texniki məsələlərin koordinasiyası;
Şirkətə məxsus reklam konstruksiyalarının və digər obyektlərin yerləşdiyi
ərazilərdə yaranan problemlərin yerində araşdırılması və həllinin təşkili;
Müvafiq dövlət qurumlarının, yerli icra strukturlarının
və digər aidiyyəti təşkilatların nümayəndələri ilə işgüzar görüşlərin keçirilməsi, yaranan məsələlərin həlli
istiqamətində danışıqların aparılması;
Şirkətin müxtəlif şöbələri və əməkdaşları arasında koordinasiyanın təmin
edilməsi;
Fəaliyyət zamanı
meydana çıxan təşkilati, inzibati və əməliyyat problemlərinin operativ həlli;
Rəhbərliyin tapşırıqlarının icrasının təmin edilməsi və
görülmüş işlər barədə mütəmadi hesabatların təqdim olunması.
Namizədə
tələblər
Ali təhsil;
İdarəetmə, əməliyyatların təşkili, satış və ya əlaqəli
sahələrdə iş təcrübəsi;
Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Təşəbbüskarlıq, operativ qərarvermə və problem həll
etmə qabiliyyəti;
Təşkilatçılıq və koordinasiya bacarığı;
Müxtəlif səviyyəli şəxslərlə, müştərilərlə və dövlət
qurumlarının nümayəndələri ilə effektiv ünsiyyət qurmaq bacarığı;
Kompüter və ofis proqramlarından istifadə
bacarığı;
Azərbaycan
dilində sərbəst danışıq və yazı qabiliyyəti;
Rus və ingilis dillərini bilmək üstünlükdür;
Sürücülük vəsiqəsi və avtomobil idarəetmə təcrübəsi
arzuolunandır.
Şəxsi
keyfiyyətlər
Yüksək məsuliyyət və
intizam;
Aktiv, enerjili və
təşəbbüskar olmaq;
Çevik
düşünmə və müstəqil qərarvermə qabiliyyəti;
Çətin situasiyalarda soyuqqanlı davranmaq;
Nəticəyönümlülük və işə sahiblik
hissi;
Geniş dünyagörüşü və
güclü kommunikasiya bacarığı.
İş şəraiti
Əmək qanunvericiliyinə uyğun rəsmi işə
qəbul;
Əməkhaqqı namizədin
bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək;
İş fəaliyyəti həm ofisdə, həm də şəhər ərazisində
müxtəlif obyektlərdə həyata keçiriləcək.
Maraqlanan namizədlər
CV-ləriniMüraciət
etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
