Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

MY GROUP / MY SHOPS

Anbardar

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Vəzifələr və məsuliyyətlər: Anbara daxil olan malların qəbulunu, sayımını və keyfiyyətə uyğunluğunu yoxlamaq; Anbar əməliyyatlarını 1C proqramında düzgün və vaxtında qeydiyyata almaq; Malların anbar daxilində təyin olunmuş qaydalara uyğun şəkildə yerləşdirilməsini təmin etmək; Anbar üzrə mal qalıqlarının uçotunu aparmaq və mütəmadi nəzarət etmək; İnventarizasiya prosesində iştirak etmək, sayımların düzgün aparılmasına və nəticələrə görə məsuliyyət daşımaq; Malların təhvil-təslim sənədlərini yoxlamaq, qeydiyyatını aparmaq və arxivləşdirmək; Sifarişlərə uyğun məhsulların hazırlanmasını, komplektləşdirilməsini və vaxtında göndərilməsini təmin etmək; Anbarın səliqəli, təhlükəsiz və iş prosesinə uyğun vəziyyətdə saxlanılmasına nəzarət etmək; Anbar fəaliyyətində mövcud prosedur və qaydalara riayət etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında, dəqiq və məsuliyyətlə yerinə yetirmək. Tələb edilən bacarıqlar və təhsil: Orta ixtisas və ya ali təhsil; Anbar sahəsində minimum 1 il iş təcrübəsi; Malların qəbulu, yerləşdirilməsi və uçotu üzrə biliklər; 1C proqramında işləmə bacarığı (mütləqdir); MS Office proqramlarında, xüsusilə Excel-də işləmə bacarığı; Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; İş saatları və əmək şərtləri Əmək haqqı: 900 man. İş qrafiki: 5 günlük iş qrafiki. İş yeri: Nərimanov ray., M.Araz küçəsi (Ulduz metrosu yaxınlığı). Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Anbardar” qeyd etməklə recruitment@mygroup.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.