Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Omnitech

Texnik-elektronçu

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

İş şəraiti Əməkhaqqı: Başlanğıc 1200 AZN Ünvan: Bakı şəhəri İş ünvanı: Əhməd Rəcəbli küçəsi 2/26 İş qrafiki: Həftə içi 5 gün, saat 09:00–18:00 "OMNITECH" MMC komandası Kassa aparatlarının və digər elektron avadanlıqların diaqnostikası və təmiri sahəsində təcrübəli və məsuliyyətli Texnik-elektronçu axtarırıq. Vəzifə öhdəlikləri: Avadanlıqların təmiri: Kassa aparatlarının və digər elektron avadanlıqların sökülməsi, yığılması və təmiri. Diaqnostika: Elektron platalarda, qida, enerji təchizatı və şarj dövrələrində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Komponentlərin dəyişdirilməsi: Elektron komponentlərin yoxlanılması və yenilənməsi. Lehimləmə işləri: Lehimləmə və elektron platalar üzərində təmir işlərinin aparılması. Test mərhələsi: Təmir edilmiş avadanlıqların tam saz vəziyyətdə yoxlanılması və test edilməsi. Namizədə dair tələblər: Nəzəri biliklər: Elektronika və elektron plataların iş prinsipləri haqqında bilik. Cihazlarla iş bacarığı: Lehimləmə, termohava lehimləmə stansiyası, multimetr və digər ölçü cihazlarından sərbəst istifadə bacarığı. Praktiki təcrübə: SMD komponentlərin, mikrosxemlərin və konnektorların dəyişdirilməsi üzrə praktiki bacarıq və elektron avadanlıqların təmiri sahəsində iş təcrübəsi. Şəxsi keyfiyyətlər: Texniki nasazlıqları müstəqil müəyyən etmək bacarığı, məsuliyyət, diqqətlilik və səliqəlilik. Yaş tələbi: 25–35 yaş. Tələblərə uyğun namizədlər CV-lərini hr@omnitech.az elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. E-mail-in mövzu hissəsində “Texnik-Elektronçu” qeyd olunmalıdır Telefon: (012) 310-17-11

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.