Vakansiya haqqında
“Premium Bank” ASC “Xəzinədar” vakansiyasını elan edir.
İşin təsviri
Müştərilərlə mədaxil-məxaric əməliyyatlarının aparılması;
Valyuta mübadilə əməliyyatlarının aparılması;
Əməliyyatları icra edərkən real vaxt rejimində Bank proqramında əks etdirilməsi;
Hazır plastik kartlarin qorunub saxlanması və müştərilərə təqdim edilməsi;
Pulların sayılması formalaşdırılması və çeşidlənməsi;
Qiymətli kağızların və digər qiymətlilərin,ştampların, plombların, bank sənədlərinin təhlükəsiz saxlanılması;
Lazım gəldikdə xəzinə açarının və parolunun saxlanılması;
Günün əvvəli və sonu xəzinə qalıqlarının uçot uzrə uyğunluğunun yoxlanılması;
Günün sonu xəzinə kitabının yazılması və digər arayışların hazırlanması;
Xəzinə limitlərinə nəzarət olunması və inkassasiya işinin təşkili;
Bank sənədlərinin tamlığının qorunması , vaxtı çatdıqda arxivə təhvil verilməsi.
Namizədə dair tələblər
Yüksək ünsiyyət bacarığı;
Komandada işləmək bacarığı və təzyiqə davamlılıq;
Nağd pul əməliyyatları və xəzinə uçotu üzrə biliklər;
Ali təhsil və Bank sahəsində təcrübə;
Azərbaycan dilində səlis danışmaq. Rus və ingilis dillərini bilmək üstünlük sayılır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Xəzinədar” qeyd etməklə cv@premiumbank.az elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
