Vakansiya haqqında
KOLORİT RESTORANLAR ŞƏBƏKƏSİNƏ SUPERVISOR TƏLƏB OLUNUR
Vəzifə öhdəlikləri:
Restoran personalının gündəlik fəaliyyətinə nəzarət etmək;
Ofisiant, kassir və digər əməkdaşlar arasında iş bölgüsünü təşkil etmək;
Komandanın effektiv fəaliyyətini və iş intizamını təmin etmək;
Müştəri məmnuniyyətinə nəzarət etmək, yaranan şikayət və problemləri operativ həll etmək;
Xidmət keyfiyyətinə və restoran standartlarına riayət olunmasını təmin etmək;
Növbələrin düzgün təşkilini və idarə edilməsini həyata keçirmək;
Kassa əməliyyatlarına, gündəlik satış göstəricilərinə və məhsul itkilərinə nəzarət etmək;
Sanitariya və gigiyena qaydalarına əməl olunmasını təmin etmək;
Gündəlik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
Yeni əməkdaşların adaptasiya və təlim prosesinə dəstək olmaq.
Namizədə tələblər:
Yaş: 25–35;
Bəy və xanım namizədlər;
Restoran sahəsində supervisor vəzifəsində minimum 1 il iş təcrübəsi;
Komandanı idarəetmə və iş bölgüsünü təşkil etmə bacarığı;
Güclü ünsiyyət və problem həll etmə qabiliyyəti;
Operativ qərarvermə və təşkilatçılıq bacarığı;
Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
İş şərtləri:
İş qrafiki: 6 günlük, növbəli iş rejimi;
Əmək haqqı: 1000 AZN;
İş yeri: İçərişəhər.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Supervisor” qeyd etməklə kolorit.restoran.hr@gmail.com elektron poçt ünvanına və ya 0508336286 nömrəsinə göndərə bilərlər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
