Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Cənnət Bağı Şirkətlər Qrupu

Mühasib (Otel və Restoran) -Xızı-Altıağac

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

İş yeri: Xızı-Altıağac Vəzifə öhdəlikləri 1. Gündəlik mühasibat əməliyyatları Gündəlik maliyyə və təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi; Alış, satış, xidmət və digər əməliyyatların sənədləşdirilməsi; İlkin mühasibat sənədlərinin yoxlanılması və sistemə daxil edilməsi; Hesab-fakturaların, elektron qaimələrin və təhvil-təslim aktlarının hazırlanması; Debitor və kreditor borclarının izlənilməsi və üzləşdirilməsi; Nağd və nağdsız ödənişlərə nəzarət. 2. Otel təsərrüfatı üzrə mühasibat uçotu Otel otaqlarından əldə olunan gəlirlərin gündəlik yoxlanılması və uçota alınması; Qonaqların yerləşdirilməsi, əlavə xidmətlər və digər gəlir mənbələrinin uçotunun aparılması; Rezervasiya, bron və faktiki satış məlumatlarının yoxlanılması; Otel xidmətlərindən əldə edilən gəlirlərin müvafiq şöbələrlə üzləşdirilməsi; Qonaqlara təqdim edilən hesabların və ödənişlərin düzgünlüyünə nəzarət; Müxtəlif şöbələr üzrə gəlir və xərclərin təhlili. 3. Restoran və mətbəx üzrə mühasibat uçotu Restoranın gündəlik satış və gəlirlərinin yoxlanılması; POS-terminal və kassa əməliyyatlarının uçotunun aparılması; Yemək və içkilərin satışına nəzarət; Mətbəx məhsullarının sərfiyyatının və silinmə aktlarının yoxlanılması; Anbar giriş-çıxış əməliyyatlarının uçotu; Ərzaq məhsullarının maya dəyərinin hesablanması; İnventarizasiya prosesində iştirak və nəticələrin rəsmiləşdirilməsi; Mətbəx və restoran üzrə itki, silinmə və normadan artıq sərfiyyatın təhlili. 4. Anbar və mal-material uçotu Mal-material ehtiyatlarının hərəkətinin uçotunun aparılması; Malların qəbulu, təhvil verilməsi və silinməsinin sənədləşdirilməsi; Anbar qalıqlarının mütəmadi yoxlanılması; Faktiki qalıqlarla mühasibat uçotu məlumatlarının müqayisəsi; Təchizatçılarla hesablaşmaların izlənilməsi; İnventarizasiya nəticələrinin sistemə daxil edilməsi. 5. Kassa və bank əməliyyatları Gündəlik kassa hesabatlarının yoxlanılması; Kassa qalığının faktiki məbləğlə üzləşdirilməsi; Bank çıxarışlarının işlənməsi; POS-terminal əməliyyatlarının yoxlanılması; Nağd və nağdsız ödənişlərin düzgün uçota alınması; Ödəniş tapşırıqlarının hazırlanması. 6. Vergi və maliyyə hesabatları Vergi uçotunun aparılmasına dəstək; Vergi bəyannamələri üçün məlumatların hazırlanması; Əməkhaqqı və digər ödənişlərin hesablanması; Məcburi dövlət sosial sığorta və digər tutulmalar üzrə məlumatların hazırlanması; Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak; Rəhbərlik üçün gəlir və xərc hesabatlarının tərtib edilməsi. Tələblər: Ali və ya orta ixtisas təhsili (maliyyə, mühasibat uçotu, iqtisadiyyat); Mühasibatlıq sahəsində minimum 2–3 il iş təcrübəsi; Otel və restoran sektorunda iş təcrübəsi arzuolunandır; Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə biliklər; 1C mühasibat proqramı üzrə yaxşı biliklər; MS Excel proqramında sərbəst işləmək bacarığı; Elektron qaimə-faktura, e-taxes və digər müvafiq elektron sistemlərdən istifadə bacarığı; Kassa, bank və anbar əməliyyatları üzrə biliklər; Maliyyə sənədləri ilə işləmək bacarığı; Analitik düşünmə və rəqəmlərlə işləmək qabiliyyəti; Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət hissi; Komandada işləmək və işgüzar ünsiyyət bacarığı. İş şəraiti: 6 günlük iş qrafiki, həftədə bir dəfə istirahət günü Əmək haqqı: 1500 AZN Yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən təmin olunur. Müraciət qaydası: Maraqlanan namizədlər CV-lərini hr@cbgroup.az e-poçt ünvanına və ya 0102349432 Vatsap nömrəsinə göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.