Vakansiya haqqında
Namizədə tələblər:
Yaş: 25-50 yaş
Təhsil: Ali təhsil ;
Müvafiq vəzifə üzrə azı 3 il iş təcrübəsi;
Şirkətin təsərrüfat xidmətinin lazımi səviyyədə təşkil edilməsi;
Müəssisənin bölmələrinə təsərrüfat inventarının, idarəetmənin texniki vasitələrinin sifarişinin vaxtında hazırlanması və təminatının təşkil edilməsi;
Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət edilməsi;
İnvertarların mühafizəsi və vaxtında təmir olunmasının təşkili;
Sahənin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, binaların fasadlarının və giriş yerlərinin təmiz olmasına nəzarət;
Təsərrüfat xidməti fəaliyyət göstəricilərinin sistematik təhlilini həyata keçirir, iş barəsində hesabatları hazırlayır və xidmətin daimi təkmilləşdirilməsi üzrə işləyir;
Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyəti struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq;
Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün düzgün aparılması, fəaliyyətinin əlaqələndirilməsi, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət;
Müəssisədə quruculuq işinin və eyni zamanda tikililərdə təmirin aparılmasını təşkil edir, təmir işlərinin yerinə yetirilməsinin keyfiyyətinə nəzarət edir;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli
Operativ çalışqan, məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmaq
İş barədə məlumat:
AZELKO” MMC 2008- ci ildən fəaliyyət göstərir. Müəssisəmiz elektrik avadanlıqlarının istehsalı ilə məşğuldur.
İş vaxtı : 08:00-dan 17:30-dək
Ünvan: Abşeron ray. Şamaxı şossesi 14km
Nahar fasiləsi 12:30-dan 13:30-dək
Nahar şirkət tərəfindən verilir
Əmək haqqı: Gross 1500 (Namizədin bilik və bacarıqlarına əsasən müsahibə mərhələsində əmək haqqı göstəriləndən yüksək müəyyən edilə bilər.)
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini fariz.aliyev@azelko.az e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Təsərrüfat müdiri” qeyd etmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
