Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Dahi Academy

Riyaziyyat müəllimi

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Dahi Academy Təhsil Şirkətində xanım riyaziyyat müəllimi vakansiyası elan edir! Namizədə tələblər Riyaziyyat müəllimliyi, riyaziyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil. Riyaziyyatın tədrisi üzrə ən azı 2 il iş təcrübəsi. Cəbr və həndəsə mövzularını aydın nümunələrlə izah etmək bacarığı. Şagirdlərin hazırlıq səviyyəsinə uyğun tapşırıqlar seçmək və şagirdlərin nəticələrini qiymətləndirmək bacarığı. Şagirdlərlə səbirli və hörmətli ünsiyyət qurmaq bacarığı. Əsas vəzifələr Şagirdlərin bilik səviyyəsini müəyyənləşdirmək və dərsləri buna uyğun planlaşdırmaq. Şagirdlərə məsələləri müxtəlif üsullarla həll etməyi və seçdikləri həll yolunu əsaslandırmağı öyrətmək. Ev tapşırıqlarını və yoxlama işlərini təhlil etmək, şagirdlərin çətinlik çəkdikləri mövzular üzrə əlavə çalışmalar hazırlamaq. Şagirdlərin irəliləyişini izləmək və nəticələr barədə valideynlərə məlumat vermək. İş şərtləri Əməkhaqqı yüksəkdir. Müraciət qaydası CV-nizi 070 992 33 00 nömrənin Vatsapına göndərin

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.