Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Glassica

Fider operatoru – Sumqayıt

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Şüşə əritmə sobasından gələn əridilmiş şüşə kütləsinin fider kanallarında müəyyən olunmuş temperatur, təzyiq və səviyyə rejimlərini standartlara uyğun tənzimləmək və nəzarətdə saxlamaq. Şüşə butulka istehsal xəttində alçaq gərginlikli elektrik veriliş xətləri, avtomatika siqnal dövrələri və idarəetmə panellərinin diaqnostik müayinəsini aparmaq; Fiderin isitmə və soyutma sistemlərini, eləcə də damcıformalaşdırıcı (qidalandırıcı) mexanizmlərin işini idarə etmək. Formalaşdırma maşınlarına gedən şüşə damcısının çəkisini, formasını, temperaturunu və tezliyini tələb olunan məhsul növünə uyğun olaraq tənzimləmək. Avtomatlaşdırılmış idarəetmə panelindəki (skada/monitor) göstəriciləri mütəmadi izləmək və növbə ərzində texnoloji parametrləri qeydiyyat jurnalına daxil etmək. Texnoloji prosesdə baş verə biləcək kənaraçıxmaları (məsələn: temperaturun düşməsi, şüşə kütləsində qüsurlar) vaxtında müəyyən etmək və dərhal aradan qaldırmaq üçün tədbirlər görmək. Tələblər: Orta ixtisas və ya ali texniki təhsil: Ağır sənaye, metallurgiya, sement və ya şüşə istehsalı sahələrində operator və ya texnik kimi ən azı 1-3 il iş təcrübəsi. Təklif edirik: İş rejimi: 08:00–17:00 (Şənbə və Bazar – istirahət günləri) İş yeri Sumqayıt Nahar əvəzi əlavə ödəniş Servis xidməti mövcuddur Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək CVnizi mövzu hissəsində “Fider operatoru” qeyd recruitment@glassica.az ünvanına göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.