Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Sağlam Ailə

Müştəri xidmətləri üzrə şöbə rəhbəri

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

“Sağlam Ailə” tibb mərkəzi “Müştəri xidmətləri üzrə şöbə rəhbəri” vakansiyası elan edir. Vəzifə öhdəlikləri: Müştəri xidmətləri komandasının (qeydiyyat və çağrı) ümumi fəaliyyətinin idarə edilməsi və nəzarət edilməsi; Klinikaya müraciət edən pasiyentlərin qəbulunu və qeydiyyatını təşkil etmək, pasiyentin klinikada aldığı bütün xidmətlərdən məmnunluğunu təmin etmək üçün tədbirlər görmək; Yaranmış problemləri, xüsusilə də müştəri şikayətlərini yerindəcə araşdırmaq, təhlil etmək, öz vəzifə səlahiyyətləri, hüquqları çərçivəsində olan həll yollarını müəyyənləşdirmək, tətbiq etmək; Klinikada müştəriyə birbaşa xidmət göstərən əməkdaşlara mütəmadi olaraq təlimlərin keçirilməsi, müştəri ilə davranış qaydaları, müştəri məmnuniyyəti istiqamətində maarifləndirmə işləri aparmaq. Pasiyentlərin təkrar müraciətlərinin artırılması istiqamətində tədbirlər həyata keçirmək; Klinikada CRM sisteminin qurulması, tətbiqi və inkişaf etdirilməsi prosesinə rəhbərlik; Qeydiyyat şöbəsi və çağrı mərkəzi arasında vahid CRM sistemi üzərindən inteqrasiya olunmuş iş prosesinin yaradılması; Pasiyent məlumatlarının, müraciət tarixçəsinin və xidmət proseslərinin CRM üzərindən idarə edilməsinin təşkili; CRM sistemində iş axınlarının (workflow) hazırlanması və optimallaşdırılması; Xidmət standartlarının və prosedurlarının hazırlanması, tətbiqi və icrasına nəzarət; Əməkdaşların iş qrafiklərinin hazırlanması və iş yükünün düzgün bölüşdürülməsi; Fəaliyyət göstəricilərinin (KPI) təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi; Xidmət proseslərinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması üzrə təkliflərin hazırlanması. Tələblər: Ali təhsil (tibb üzrə üstünlükdür); Azərbaycan, rus dili biliyi - əla, ingilis dili biliyi arzuolunandır; Müvafiq vəzifədə minimum 3 illik iş təcrübəsi; CRM sistemlərinin qurulması, tətbiqi və idarə olunması üzrə təcrübə; İdarəetmə, təşkilatçılıq və liderlik bacarıqları; Məsuliyyətlilik, nəticəyönümlülük və punktuallıq; Yüksək təşkilatçılıq və liderlik bacarıqları. İş şərtləri: İş qrafiki: 6 gün (həftəlik 40 saat), VI gün qısa iş günü; Əmək haqqı müsahibə əsasında razılaşdırılır; Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər. Müraciət etmək üçün CV-nizi hr@saglamaile.az elektron ünvanına “Müştəri xidmətləri üzrə şöbə rəhbəri“ başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.