Vakansiya haqqında
Vəzifə funksiyaları
Bankın binalarında nəzərdə tutulmuş bərpa, yenidənqurma və təmir-tikinti işlərində iştirak etməli, ixtisaslaşdığı sahə üzrə işləri özü həyata keçirməlidir;
Ehtiyac duyulduqda kənardan dəvət olunmuş usta-təmirçilərin işini təşkil etməli, onlara tapşırılmış işlərə nəzarət etməli və yerinə yetirilmiş işləri qəbul etməlidir.
Bankın bütün filiallarında mütəmadi olaraq baxış keçirməli, məişət avadanlığının profilaktik təmirini təşkil və təmin etməlidir.
Təmir –tikinti işləri üçün gərəkli olan bəzi materialların alışını təşkil etməli, həmin materialların düzgün məqsədlərlə istifadə olunmasına cavabdehlik daşımalıdır.
Yumşaq bacarıqlar
Məsuliyyət
Nizam intizam
Etik davranış
Dürüstlük
Uyğunlaşma
Digər şərtlər
Vətəndaş qüsursuzluğuna malik olmalıdır
Azərbaycan dilini əla səviyyədə bilməli (Rus dili biliklərinin olması üstünlük təşkil edir)
Ms Office proqramlarında orta səviyyədə işləməyi bacarmalıdır;
Tikintidə təhlükəsizlik qaydalarını bilməlidir
Fiziki işlə məşğul olmaq üçün səriştəsi olmalıdır
Dil biliyi
Azərbaycan - Yüksək
Rus - Orta
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Vakansiya ilə maraqlanan namizədlər careerbankofbaku@bankofbaku.com elektron poçt ünvanına “Təmir və xidmət bölməsinin eksperti” başlığını qeyd edərək, müraciət edə bilər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
