Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Respublika klinik xestexanasi

Xəstələrə qulluq edən kiçik tibb bacısı (qardaşı)

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Respublika Klinik Xəstəxanası vakansiya elan edir! Respublika Klinik Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə, həmçinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə xəstələrə qulluq edən kiçik tibb bacısı (qardaşı) vəzifəsi üzrə vakansiya elan olunur. Əməkhaqqı Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsi qaydalarına uyğun olaraq tənzimlənir. Tələblər Müvafiq tibbi sertifikatın olması; Xəstələrə qulluq qaydalarını bilmək; Gigiyena və sanitariya normalarına riayət etmək; Məsuliyyətli, diqqətli və səbirli olmaq; Komandada işləmək bacarığı; Etik davranış qaydalarına riayət etmək. Vəzifə öhdəlikləri Xəstələrə gündəlik qulluq göstərmək; Xəstələrin şəxsi gigiyenasına riayət etmələrinə kömək etmək; Palatalarda təmizlik və sanitariya qaydalarına əməl olunmasına dəstək göstərmək; Xəstələrin vəziyyəti və ehtiyacları ilə bağlı müşahidələri müvafiq tibb personalına bildirmək; Tibb bacısının və həkimin göstərişləri əsasında, səlahiyyətləri çərçivəsində verilən tapşırıqları yerinə yetirmək. Müraciət qaydası CV-nizi hr.rkx@tabib.gov.az elektron poçt ünvanına göndərin. Mövzu: Respublika Klinik Xəstəxanası – Xəstələrə qulluq edən kiçik tibb bacısı (qardaşı) vakansiyası Son tarix : 10 noyabr

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.