Vakansiya haqqında
Respublika Klinik Xəstəxanası vakansiya elan edir!
Respublika Klinik Xəstəxanasında sanitar (qadın) vəzifəsi üzrə vakansiya elan olunur.
Əməkhaqqı
Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsi qaydalarına uyğun olaraq tənzimlənir.
Tələblər
Xəstəxana mühitində sanitar-gigiyenik qaydaları bilmək;
Təmizlik və sanitariya normalarına riayət etmək;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı;
Etik davranış qaydalarına riayət etmək.
Vəzifə öhdəlikləri
Şöbələrdə təmizlik və sanitariya qaydalarının təmin edilməsinə dəstək göstərmək;
Xəstə otaqları və ümumi istifadə sahələrinin təmizliyini qorumaq;
Tibbi tullantıların idarə olunması qaydalarına uyğun hərəkət etmək;
Xəstələr və tibb personalı üçün gigiyenik şəraitin yaradılmasına kömək etmək;
Verilən tapşırıqları məsuliyyətlə yerinə yetirmək.
Müraciət qaydası
CV-nizi hr.rkx@tabib.gov.az elektron poçt ünvanına göndərin.
Mövzu: Respublika Klinik Xəstəxanası – Sanitar (qadın) vakansiyası
Son tarix: 11 noyabr
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
