Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu

Video redaktor (montajçı)

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) komandasında çalışmaq üçün Video redaktor (montajçı) vəzifəsinə namizəd axtarır. Kreativ düşüncəyə, vizual zövqə və peşəkar montaj bacarıqlarına sahibsinizsə, komandamıza qoşulun! Vəzifə öhdəlikləri: Uzunformatlı videoların, qısa videoların (Reels), reklam və təqdimat çarxlarının montaj edilməsi; Video materialların məzmun və məqsədə uyğun hazırlanması; İnstitutun brend üslubuna uyğun vizual materialların yaradılması; Video və audio materialların keyfiyyətinin təmin edilməsi; Komanda ilə birgə işləmək və tapşırıqları vaxtında icra etmək. Namizədə tələblər: Ali təhsil Video montaj sahəsində minimum 2 il iş təcrübəsi; Adobe Premiere Pro və Adobe After Effects proqramlarında işləmək bacarığı; Kreativ yanaşma, peşəkar montaj bacarığı və vizual zövq; Məsuliyyətlilik və tapşırıqları müəyyən olunmuş müddətdə yerinə yetirmək bacarığı; Portfolio təqdim etmək. Maraqlanan namizədlər CV-lərini və portfolio nümunələrini mövzu hissəsində “Video redaktor (montajçı)” qeyd etməklə hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Uyğun namizədlər növbəti mərhələyə – müsahibəyə dəvət olunacaqlar. Son müraciət tarixi: 01.12.2026

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.