Vakansiya haqqında
Vakansiya: ŞİRKƏTİN BREND SİMASI / TİKTOK CANLI YAYIM APARICISI
Şirkət: Yango-nun rəsmi partnyoru
Əməkhaqqı: 1 000 AZN-dən başlayaraq
Şirkətimizi sosial media platformalarında təmsil edəcək, kamera qarşısında sərbəst, inamlı və enerjili çıxış etməyi bacaran xanım əməkdaş axtarırıq.
İş öhdəlikləri:
TikTok platformasında hər gün müntəzəm canlı yayımların (LIVE) keçirilməsi;
Canlı yayımlar zamanı şirkətin fəaliyyətinin, xidmətlərinin və təkliflərinin təqdim edilməsi;
İzləyicilərlə aktiv ünsiyyət qurulması və sualların cavablandırılması;
Instagram və TikTok üçün tanıtım videolarının çəkilməsi;
Reklam çarxlarında və video çəkilişlərdə iştirak;
Şirkətin sosial media hesablarında aktivliyin və tanınmanın artırılması;
Şirkətin tədbirlərdə və tanıtım layihələrində təmsil olunması.
Namizədə tələblər:
Xanım namizədlər;
Səlis, aydın və düzgün danışıq qabiliyyəti;
Kamera qarşısında sərbəst və inamlı çıxış etmək bacarığı;
Səliqəli və baxımlı görünüş;
Ünsiyyətcil, enerjili və yaradıcı olmaq;
TikTok və Instagram platformalarından istifadə bacarığı;
Hər gün canlı yayımlarda iştirak etməyə hazır olmaq;
Məsuliyyətli və işinə ciddi yanaşan olmaq.
Əməkhaqqı və iş imkanları:
Başlanğıc aylıq əməkhaqqı: 1 000 AZN;
Canlı yayımların nəticələrinə və izləyici aktivliyinə əsasən əməkhaqqının artırılması;
Yüksək baxış sayı və effektiv fəaliyyətə görə əlavə bonuslar;
Nəticələrə uyğun daha yüksək gəlir əldə etmək imkanı.
Vacib qeyd:
Axtardığımız əməkdaş şirkətimizin daimi brend siması olacaq. İşin əsas istiqaməti hər gün TikTok platformasında canlı yayımlar keçirmək, izləyicilərə şirkətin xidmətlərini təqdim etmək və video çəkilişlərdə iştirak etməkdir.
Bu vəzifə yalnız sosial media hesablarının idarə olunması deyil, birbaşa kamera qarşısında çıxış və şirkətin siması olmaq məsuliyyətini əhatə edir.
Müraciət üçün:
CV və fotoşəkillərinizi Vatsap vasitəsilə göndərə bilərsiniz.
Vatsa 051 999 95 99
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
