Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Təhsil TV

Müxbir

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

“TƏHSİL TV” komandası müxbir vakansiyası elan edir! Təhsil sahəsində baş verən yenilikləri izləməyi, araşdırma aparmağı və aktual məlumatları auditoriyaya çatdırmağı bacaran namizədləri komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri: Təhsil sahəsində baş verən yenilikləri, hadisələri və aktual məsələləri izləmək; Xəbər, müsahibə, reportaj və digər jurnalistik materiallar hazırlamaq; Məlumatların dəqiqliyini yoxlamaq, etibarlı mənbələr əsasında araşdırma aparmaq; Təhsil müəssisələri, müvafiq qurumlar və sahə üzrə ekspertlərlə əlaqə saxlamaq; Müsahibələr təşkil etmək və çəkiliş prosesində iştirak etmək; Hazırlanan materialları redaksiya tələblərinə uyğun şəkildə təqdim etmək; Gündəlik xəbər gündəmini izləmək və aktual mövzular üzrə təkliflər irəli sürmək. Namizəddən tələblər: Ali təhsil; Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı (ingilis dili biliyi üstünlükdür); Təhsil sahəsi, təhsil siyasəti və təhsil sistemindəki yeniliklər barədə məlumatlı olmaq, bu sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyi; Araşdırma aparmaq, məlumatları təhlil etmək və faktları yoxlamaq bacarığı; Müsahibə almaq və ünsiyyət qurmaq bacarığı; Operativlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı. İş şəraiti: İş qrafiki: Həftəiçi, saat 09:00–18:00; İş yeri: “TƏHSİL” TV-nin ofisi; Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən, razılaşma yolu ilə. Müraciət qaydası: Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və varsa, əvvəlki jurnalist materiallarından nümunələri career@media.edu.az ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.