Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Pizza Mizza

Mətbəx üzrə Briqada üzvü

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC öz komandasına Mətbəx üzrə Briqada üzvü axtarır! Vəzifə öhdəlikləri: Mətbəx əməliyyatları və məhsulların hazırlanması: Pizzaların və menyudakı digər təamların standartlara tam uyğun, keyfiyyətli və vaxtında hazırlanması Sifarişlərin dəqiq və düzgün reseptura əsasında icra edilməsi Növbə başlayarkən və bitərkən mətbəx stansiyasını işə hazırlamaq və təhvil vermək Xammal və ərzaqların saxlanma qaydalarına və istifadə müddətlərinə (FIFO prinsipinə) əməl olunması Gigiyena, keyfiyyət və təhlükəsizlik: Mətbəxdə, iş masalarında və avadanlıqlarda təmizlik və sanitariya qaydalarına riayət edilməsi Şəxsi gigiyena, xüsusi uniforma və Qida Təhlükəsizliyi (HACCP/ISO) standartlarına şərtsiz əməl olunması Tullantıların və xammal itkisinin minimuma endirilməsi, resurslardan qənaətlə istifadə edilməsi Restoranın mətbəx avadanlıqlarına və alətlərinə ehtiyatla yanaşılması Komanda işi və əməkdaşlıq: Növbə Meneceri və digər komanda üzvləri ilə koordinasiyalı işləyərək sifarişlərin sürətli təhvil verilməsini təmin etmək Yaranan texniki və ya əməliyyat çətinlikləri haqqında dərhal rəhbərliyə məlumat vermək Tələblər Orta və ya ali təhsil Yaş həddi 18 – 35 aralığı Mətbəx sahəsində işləmək həvəsi (təcrübə arzuolunandır, təlimlər keçirilir) Məsuliyyətli, operativ, diqqətli və səliqəli işləmə bacarığı Komandada işləmək qabiliyyəti və çevik öyrənmə həvəsi Karyera yüksəlişinə maraq və inkişaf istəyi İş şəraiti Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmləşdirilmə 6 günlük (növbəli) iş qrafiki 500 AZN (net) əmək haqqı + əlavə iş saatlarına görə ödəniş Nahar şirkət tərəfindən təmin edilir Ödənişsiz peşəkar təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı Maraqlanan şəxslər 077-438-14-15 vatsap nömrəsinə yazmaqla vəzifəni göstərərək vakansiya müraciət edə bilər. Əgər operativsinizsə, mətbəx işinə həvəsiniz varsa və gənc, dinamik komandada karyera qurmaq istəyirsinizsə, bizə qoşulun.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.