Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Şirkətin reklam kampaniyaları və sosial media platformaları üçün kreativ hərəkətli qrafikaların (motion graphics) hazırlanması;
Reklam çarxlarının, promo videoların və qısa tanıtım videoları (teaser) hazırlanması və montajı;
Video materialların montajı, rəng korreksiyası və səs effektlərinin tətbiqi;
Kreativ komanda ilə birgə reklam ideyalarının vizual həllərinin hazırlanması;
Layihələrin brendin vizual üslubuna və kreativ istiqamətinə uyğun icra edilməsi;
Qrafik dizayn işlərinin hazırlanmasında komandaya dəstək göstərilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Adobe After Effects proqramında peşəkar səviyyədə işləmək bacarığı;
Adobe Premiere Pro, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
Video montajı, ritm, keçidlər və vizual hekayəçilik (visual storytelling) üzrə bilik və bacarıqlar;
Süni intellekt əsaslı video və vizual kontent alətləri ilə işləmək bacarığı;
Yüksək kreativ düşünmə və vizual yanaşma bacarığı;
Detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
Müəyyən edilmiş son icra müddətlərinə (deadline) uyğun işləmək və vaxtı düzgün idarə etmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
Ali təhsil(Əlaqəli sahə üzrə);
Motion dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
Portfolio təqdim edilməsi mütləqdir.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Motion dizayner” yazaraq cv@tamstore.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
