Vakansiya haqqında
Biznes mərkəzimizə peşəkar ünsiyyət bacarıqlarına malik, məsuliyyətli və təşkilatçılıq qabiliyyəti olan qeydiyyatçı axtarılır.
Qeydiyyatçı biznes mərkəzinə gələn qonaqların qarşılanması, mərkəzdə fəaliyyət göstərən şirkətlərlə gündəlik əlaqələrin qurulması, onların müraciətlərinin cavablandırılması və inzibati proseslərin koordinasiyasında iştirak edəcək.
Vəzifə öhdəlikləri
Biznes mərkəzinə gələn qonaqları, müştəriləri və işgüzar tərəfdaşları qarşılamaq, qeydiyyatını aparmaq və müvafiq istiqamət üzrə yönləndirmək;
Biznes mərkəzində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə gündəlik işgüzar əlaqələri təmin etmək;
İcarədar şirkətlərin müraciət və sorğularını qəbul etmək, müvafiq məsələlərin həlli üçün aidiyyəti struktur bölmələri ilə koordinasiya aparmaq;
Şirkətlərin inzibati, texniki və təsərrüfat məsələləri ilə bağlı müraciətlərinin müvafiq şəxslərə çatdırılmasını və icra vəziyyətinin izlənilməsini təmin etmək;
Daxil olan telefon zənglərini və elektron müraciətləri cavablandırmaq, zəruri hallarda aidiyyəti şəxslərə yönləndirmək;
Biznes mərkəzinə daxil olan məktub, sənəd və digər yazışmaları qəbul etmək, onların qeydiyyatını aparmaq və müvafiq uçotunu təmin etmək;
Daxil olan məktubların və sənədlərin aidiyyəti şirkətlərə, onların nümayəndələrinə və ya məsul şəxslərə vaxtında və düzgün şəkildə təhvil verilməsini təmin etmək;
Biznes mərkəzində keçirilən görüşlər və tədbirlərlə bağlı məlumatlandırma və təşkilati dəstək göstərmək;
İcarədar şirkətlərə biznes mərkəzinin daxili qaydaları, mövcud xidmətləri və istifadə prosedurları barədə məlumat vermək;
Qonaqların və şirkət nümayəndələrinin qeydiyyatını, müraciətlərini və zəruri məlumatları müvafiq qaydada qeydə almaq;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
Qeydiyyat sahəsində nizam-intizamı və peşəkar xidmət standartlarını qorumaq.
Namizədə dair tələblər
Ali təhsil;
Azərbaycan və ingilis dillərini səlis bilmək, rus dilini bilmək üstünlükdür;
Yüksək ünsiyyət, təqdimat və müştəri xidməti bacarıqları;
Kompüter və ofis proqramlarından istifadə bacarığı;
Sənədləşmə və inzibati işlərin aparılması üzrə biliklər;
Məsuliyyətlilik, diqqətlilik, operativlik və problem həll etmə bacarığı;
İşgüzar yazışma və telefon danışıqları aparmaq bacarığı;
Komandada işləmək, işləri koordinasiya etmək və bir neçə tapşırığı paralel yerinə yetirmək bacarığı;
Müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini müraciət etdiyi vəzifənin adını qeyd etməklə hr@thelandmark.az elektron poçt ünvanına göndərə bilər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
