Vakansiya haqqında
Vəzifə tələbləri:
Ali və ya orta ixtisas təhsili;
Kredit və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi;
Analitik düşünmə və riyazı təhlil etmə bacarığı;
Stress altında işləmə bacarığı.
Məsuliyyətli, dəqiq və kollektivlə işləmə bacarığı.
Kredit məhsulları, maliyyə təhlili və kredit riskləri haqqında biliklər;
Güclü ünsiyyət, təqdimat və müştərilərlə işləmək bacarığı;
İşin təsviri:
Yeni müştərilərin cəlb edilməsi və aktiv satış fəaliyyətinin həyata keçirilməsi;
Mövcud müştərilərlə əlaqələrin qorunması və müştəri bazasının genişləndirilməsi;
Müştərilərə kredit məhsulları, şərtləri və müraciət prosesi barədə ətraflı məlumat verilməsi;
Kredit müraciətlərinin qəbulu, ilkin qiymətləndirilməsi və müştərilərin ödəmə qabiliyyətinin təhlili;
Kredit sənədlərinin düzgün və tam hazırlanmasının təmin edilməsi;
Kredit portfelinin formalaşdırılması, idarə olunması və ödənişlərə nəzarət edilməsi;
Müəyyən edilmiş kredit hədəflərinin yerinə yetirilməsi;
Şirkətin daxili qaydalarına, kredit siyasətinə və xidmət standartlarına riayət olunması.
İş şəraiti:
İş saatı 09:00-18:00 dək
Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə
İş yeri: İmişli şəhəri
Əmək haqqı razılaşma yolu ilə.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini az.hr@mbulak.az elektron ünvanına “Kredit mütəxəssisi” başlığı ilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
