Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ASG Business Aviation

Diktor -Gəncə

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Gəncə Beynəlxalq Hava Limanına Diktor vəzifəsi üzrə işçi tələb olunur (Vakansiya yalnız Gəncə ərazisində yaşayanlar üçün nəzərdə tutulub) Vəzifə borcları: Məlumatların təstiq olunmuş siyahısına ciddi surətdə uyğun olaraq, sərnişinlərinin qeydiyatının başlanması və başa çatması, uçuş vaxtının dəyişdirilməsi, Hava Gəminin aeroporta enməsi və s. haqqında vaxtında və dəqiq məlumat vermək Hava Gəminin hərəkətinin növbə üzrə plan-qrafikini hazırlamaq və müvafiq xidmətlərdən alınmış məlumatlar əsasında ona dəyişikliklər etmək Məlumatların verilməsi vasitələrinin düzgün istismarını təmin etmək və rabitə vasitələrinin saz vəziyyətdə olmasına nəzarət etmək Reyslərin gecikdirilməsinin səbəbləri və müddətləri, sərnişinlərin qeydiyyatının başlanması, davam etməsi və başa çatması, onların HG-nə mindirilməsi barədə məlumatların uçotunu aparmaq Namizədə olan tələblər: Təhsil: Orta Cinsi: Qadın İş təcrübəsi: Tələb olunmur Dil bilikləri: Azərbaycan dili - əla; rus və ingilis dili – orta səviyyə Kompüter bilikləri: MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı İş Şəraiti: İş yeri: Gəncə şəhəri, Gəncə Beynəlxalq Hava Limanı İş qrafiki xidmətin tələblərindən asılı olaraq növbəli VƏ YA gündəlik ola bilər: Növbəli: 1-ci gün gündüz növbəsi (08:00–20:00), 2-ci gün gecə növbəsi (20:00–08:00), daha sonra 2 gün istirahət. Gündəlik: 5 günlük iş qrafiki, 2 gün istirahət. Əmək haqqı: 650 AZN net Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir CV-lərin qəbulu ASG-nin rəsmi Karyera veb-saytı vasitəsilə həyata keçirilir: https://careers.asg.az/en/vacancies/diktor-gence-beynelxalq-hava-limani

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.