Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azerbaijan Energy Regulatory Agency

Regionlar üzrə - Qaz Müfəttişi

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir; Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir; Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir; Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir; Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir; Layihə sənədlərinin ekspertizasını keçirir; Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir; Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir; Filialın fəaliyyət ərazisində sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün tikinti obyektlərinin qaz qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir; İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır; Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir; İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir; Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir; Öz fəaliyyəti barədə Filial rəisinə hesabat verir; Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir; Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir. Tələblər Texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil; Müvafiq sahə (Qaz təchizatı) üzrə ən azı 3 il iş təcrübəsi; Yaş həddi 25-45 aralığı; Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı; Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti. İş şəraiti Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma; İş yeri: Regionlar üzrə Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini vacancy@regulator.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Qaz müfəttişi) qeyd edin.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.