Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Universal McCann

Digital Media Menecer

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Biz komanda yoldaşı axtarırıq! İş şəraiti İş qrafiki: Həftə içi 5 gün İş saatları: 10:00 – 19:00 İş rejimi: Ofisdaxili Öhdəliklər: Rəqəmsal media planlaşdırılması (Meta, TikTok, YouTube, Google ve diger kanallar üzrə), icrası və optimizasiyasına cavabdeh olmaq; Müştərilərlə birbaşa kommunikasiya qurmaq və onların rəqəmsal sorğularını idarə etmək; Rəqəmsal kampaniyaları hazırlamaq və effektiv şəkildə izlənilməsini təmin etmək; Kampaniyaların nəticələri ilə bağlı detallı hesabatlar hazırlamaq; Sahə üzrə ən son trendlər, reklam formatları və texnologiyalarla daim məlumatlı olmaq; Auditoriya analizi, bazar araşdırması, rəqiblərin fəaliyyətinin monitorinqinin aparılması; Komanda ilə əməkdaşlıq edərək yeni və innovativ inkişaf strategiyaları hazırlanmasında aktiv şəkildə iştirak etmək. Tələblər: Rəqəmsal media sahəsində 2+ il iş təcrübəsi; Reklam agentliyində iş təcrübəsi üstünlükdür; İngilis və Azərbaycan dillərini (yazılı və şifahi) yüksək səviyyədə bilmək. (Rus dili üstünlükdür); Meta, TikTok, Google platformalarından istifadə təcrübəsi. (SEO bilikləri üstünlükdür.) Biz təklif edirik: Tam ştatlı iş; Beşgünlük iş həftəsi; Peşəkar və dəstəkləyici iş mühiti; Karyera inkişafı və yüksəliş imkanları; Təlimlər, tədbirlər və komanda quruculuğu fəaliyyətləri ilə davamlı peşəkar inkişaf imkanları. Qeyd: Yalnız müvafiq rəqəmsal media idarəetmə təcrübəsinə malik namizədlər nəzərdən keçiriləcək. Maaş namizədin bilik və bacarıqlarına əsasən müsahibə mərhələsində müzakirə olunacaq. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Digital Media Manager” qeyd etməklə hr@mccann.az elektron poçt ünvanına göndərməlidirlər. Yuxarıda qeyd olunan tələblərə cavab verməyən müraciətlər nəzərdən keçirilməyəcək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.